20-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsinə müraciət qəbulu haqqında elan
2021/9/23
Bakı Dövlət Universiteti və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 20-ci Yapon Dili Natiqlik Müsabiqəsi üçün müraciət qəbulunu açıq elan edirik. Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu və iştirakçı seçimi aşağıda qeyd olunan qaydalar əsasında həyata keçiriləcəkdir.Yapon dilini bilən hər kəsdən bu şansdan istifadə edərək öz yapon dili biliklərini nümayiş etdirməklərini gözləyirik.
Tarix: 13 noyabr, 2021-ci il (şənbə)
Saat: 12:00- 15:00
Məkan: ONLINE şəkildə keçiriləcəkdir. Hansı platforma üzərindən reallaşaçağı haqqında məlumat daha sonra iştirakçılara göndəriləcəkdir.
Təşkilatçılar: Bakı Dövlət Universieti, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Dəstəkçilər: daha sonra dəqiqləşdiriləcəkdir.
Kimlər iştirak edə bilər:
İştirakçı sayı: cəmi 12 nəfər
Təhsil müəssisələri üzrə iştirakçı sayı bölgüsü: Bakı Dövlət Universiteti- 5 nəfər; Azərbaycan Dillər Universiteti- 5 nəfər; Digər şəxslər (tələbələr)-2 nəfər
Qeyd: Müraciət sayı çox olarsa, təşkilat komitəsi tərəfindən mraciətçilərin seçilməsi həyata keçiriləcəkdir. İştirakçıların seçilməsi müraciətçilərin müraciət zamanı təqdim etdikləri “Müraciət forması” və inşaların məzmunu əsasında keçiriləcək və seçimlərdən müvəffəq olan şəxslərə son qəbul tarixindən bir neçə gün sonra məlumat bildiriləcəkdir.
Müraciət qaydaları:
Müsabiqə haqqında:
Mükafatlar:
Digər: Müsabiqədə qalib gəlmiş şəxs 2021-ci ilin 18 dekabr tarixində Rusiyada online formatda keçirilməsi planlaşdırılan “Moskva Tələbələri n BeynəlxalqYapon Dili Müsabiqəsi” tədbirində (モスクワ学生国際弁論大会) iştirak hüququ qazanır. (Detallar dəqiqləşdiriləcəkdir. Hal-hazırkı plana əsasən online şəkildə canlı formatda keçirilməsi planlaşdırılır.)

- Hal-hazırda universitet və təşkilatçılar tərəfindən qəbul olunan ona uyğun digər qurumlarda təhsil alan və yapon dili öyrənən bakalavr pilləsi tələbələri(məhz “yapon dili” ixtisası olması mütləq deyildir)
- Yapon dili ana dili olmayan və Yaponiyada toplam 90 gündən artıq yaşamamış şəxslər
- Yaponiyada toplam 90 gündən artıq yaşamış şəxslərin təşkilatçılar tərəfindən təyin olunmuş xüsusi qaydalar çərçivəsində çıxış etməsi mümkün ola bilər. Qeyd: həmin şəxslər yarışmada rəqabətdən kənar olacaqlar.
- Öncəki illərdə Bakı Yapon Dili Natiqlik Müsabiqələrində 1-ci yeri qazanmamış şəxslər (1-ci yer sahibləri yarışmada iştirak edə bilməzlər.)
İştirakçı sayı: cəmi 12 nəfər
Təhsil müəssisələri üzrə iştirakçı sayı bölgüsü: Bakı Dövlət Universiteti- 5 nəfər; Azərbaycan Dillər Universiteti- 5 nəfər; Digər şəxslər (tələbələr)-2 nəfər
Qeyd: Müraciət sayı çox olarsa, təşkilat komitəsi tərəfindən mraciətçilərin seçilməsi həyata keçiriləcəkdir. İştirakçıların seçilməsi müraciətçilərin müraciət zamanı təqdim etdikləri “Müraciət forması” və inşaların məzmunu əsasında keçiriləcək və seçimlərdən müvəffəq olan şəxslərə son qəbul tarixindən bir neçə gün sonra məlumat bildiriləcəkdir.
Müraciət qaydaları:
- Müraciət sənədləri: (1)Müraciət forması (2) Tələbə kartının surəti (3) Yapon dilində inşa
- Müraciət üçün son tarix: 22 oktyabr (cümə) günorta saat 12:00-dək
- Müraciət üsulu: Yaponiya Səfirliyinin culture-info@ bk.mofa.go.jp mail ünvanına yuxarıda qeyd olunmuş 3 sənədi qoşma şəklində göndərmək. Maildə başlıq olaraq mütləq şəkildə “20-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsinə müraciət (ad və familiyanız)” qeyd etməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, səfirlik mailinə yalnız 10MB-dək həcmdə maillər qəbul olunur. Odur ki, göndərən zaman mailin həcminə nəzər salmağınız xahiş olunur.
Müsabiqə haqqında:
- Mövzu- SƏRBƏST
- Nitq üçün nəzərdə tutulmuş zaman: 5 dəqiqə. 5 dəqiqə 30 saniyədən sonra danışdığınız hər 1 saniyə üçün bir xal çıxılacaqdır. 6-cı dəqiqədə məcburi şəkildə nitqinizi dayandırmağınız bildiriləcəkdir. Nitqin zamanının az olmasına görə xal çıxılmır.
- Nitq zamanı köməkçi vasitələr: jestlər, şəkil və ya poster kimi ləvazimatlardan istifadə mümkündür. Lakin, power point prezentasiyası, musiqi və ya videolardan istifadəyə icazə verilməyəcəkdir.
- Sual-cavab sessiyası: Sualı başa düşməyəcəyiniz təqdirdə azərbaycan dilində tərcümə edilərək sizdən yenidən soruşulacaqdır, lakin cavab mütləq şəkildə yalnız yapon dilində qəbul olunacaqdır.
- Qiymətləndirmə meyarları:
- Təklifin məzmunu: təklifin məzmununun aydınlığı, özünəməxsusluğu və unikallığı, məntiqəuyğunluğu (həll yolu ilə bağlı fikirləriniz və ya təkmilləşdirmə planlarının təsirləri)
- Nitqin ifadəliliyi: nitqin aydın anlaşılması, təqdimat qabiliyyəti (intonasiya və çıxış zamanı davranış)
- Suallara cavab: Cavab zamanı tələffüzünün aydın olması və məntiqiliyi
Mükafatlar:
- Bütün iştirakçılar “İştirak Diplomu” və kiçik hədiyyələr ilə təltif olunacaqdır.
- 1-5-ci yeri qazanmış şəxslər üçün Diplom və mükafatlar; Münsiflər heyətinin “Həvəsləndirici Mükafatı” ( diplom və mükafatlar)