2021/2022-ci il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına sənəd qəbulu (sənəd qəbulu üçün son tarix: 7 noyabr, 2021-ci il- Yaponiya saatı ilə)
2021/10/13
Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan daxil olmaqla, bir çox Avropa ölkələrininin 20 yaşdan yuxarı olan fəal gəncləri- bakalavr, magistr pilləsi tələbələri və işləyən gənclərinin Yaponiya haqqında bilik və anlayışlarının artırılması məqsədiylə həyata keçirilən “MIRAI” proqramına iştirakçı qəbulunu elan edir. 2015-ci ildən bəri həyata keçirilən “MIRAI” proqramının əsas məqsədləri -“Yaponiyanın Dostluq Bağları Proqramı” olaraq, Yaponiya ilə müxtəlif dünya ölkələri insanları arasında qarşılıqlı mübadilənin və Yaponiyanın iqtisadiyyatı, cəmiyyəti, tarixi, zəngin mədəniyyəti, diplomatik əlaqələri və digər sahələr barədə məlumatlılığın artırılmasıdır. Mübadilə proqramı yanvar-fevral aylarından ilk olaraq 1-3 günlük internet üzərindən online şəkildə başlayaraq, daha sonra Yaponiyaya səfərdən ibarət olacaqdır. Toplam olaraq, proqramın təxmini 10 gün ərzində davam etməsi planlaşdırılır. Proqram tam olaraq ingilis dilində həyata keçiriləcəkdir.
Proqram iştirakçılarının hansı xərcləri qarşılanır? – Yaponiyaya gediş-gəliş aviabiletləri; səyahət sığortası; qalma, Yaponiyadaxili nəqliyyat, yemək xərcləri; muzey və digər məkanlara giriş pulları
Qeyd: Xüsusilə, Hüquq fakültəsi, Beynəlxalq əlaqələr fakültəsi, İctimai siyasət fakültəsi, İqtisadiyyat fakültəsi, İdarəçilik fakültəsində təhsil alan və hüquq sahəsində tədqiqat aparan tələbələr, şirkətlərdə hüquq sahəsində təcrübəsi olan şəxslərin proqrama müraciətlərini gözləyirik. Müraciət qaydaları haqqında daha ətraflı məlumat üçün PROQRAMIN ÜMUMİ MƏZMUNU və PROQRAM QAYDALARIna nəzər sala bilərsiniz.
Müraciət formasını dolduran zaman nəzərə alınmalı məqamlar:
VACİB QEYD!
Formanı dolduran zaman aşağıda qeyd olunan məqamlarla bağlı hazırlıq görməyiniz və gərəkli sənədləri yükləməyiniz xahiş olunur.
4. Proqram cədvəli
※ Yeni koronavirusun geniş yayılması nəticəsində Yaponiyaya uçuşların mümkün olmaması səbəbindən Yaponiyaya getməyinizin mümkün olmaması ehtimalı vardır. Bunu öncədən nəzərə almağınızı xahiş edirik.
5. Əlavə məlumat
Yuxarıda qeyd olunanları MIRAI Proqramı və Müraciət Qaydaları haqqında oxuduqdan sonra proqram haqqında ümumi suallarınız olarsa, səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına “MIRAI 2021/2022: Ad və familiyanız” şəklində maillə müraciət etməyinizi xahiş edirik. Müraciət forması ilə bağlı suallar və texniki problemlərlə bağlı isə mirai@jtb.com (yapon və ya ingilis dilində) ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda, səfirliyin rəsmi Facebook səhifəsinin Mesaj hissəsinə də suallarınızı yönləndirə bilərsiniz. Suallarınız 3 iş günü ərzində cavablandırılacaqdır. 3 iş günü keçsə də, sizə cavab gəlmədiyi təqdirdə yenidən əlaqə saxlamağınız xahiş olunur.
- Proqramın mövzusu və məzmunu
Proqram iştirakçılarının hansı xərcləri qarşılanır? – Yaponiyaya gediş-gəliş aviabiletləri; səyahət sığortası; qalma, Yaponiyadaxili nəqliyyat, yemək xərcləri; muzey və digər məkanlara giriş pulları
- Kimlər müraciət edə bilər
- Azərbaycan universitetlərində bakalavr və ya magistr pilləsi üzrə təhsil alan tələbələr; dövlət və özəl sahələrdə hüquq üzrə çalışan 20-30 yaş aralığında olan gənclər
- İngilis dilində sərbəst şəkildə diskussiya apara biləcək şəxslər
- Yüksək akademik göstəricilərə malik olan şəxslər
Qeyd: Xüsusilə, Hüquq fakültəsi, Beynəlxalq əlaqələr fakültəsi, İctimai siyasət fakültəsi, İqtisadiyyat fakültəsi, İdarəçilik fakültəsində təhsil alan və hüquq sahəsində tədqiqat aparan tələbələr, şirkətlərdə hüquq sahəsində təcrübəsi olan şəxslərin proqrama müraciətlərini gözləyirik. Müraciət qaydaları haqqında daha ətraflı məlumat üçün PROQRAMIN ÜMUMİ MƏZMUNU və PROQRAM QAYDALARIna nəzər sala bilərsiniz.
- Müraciət qaydası
Müraciət formasını dolduran zaman nəzərə alınmalı məqamlar:
- İlk öncə qeyd olunan linkdən daxil olduqdan sonra, proqram üçün qeydiyyatdan keçmək (mail ünvanınız və parolunuzu yazdıqdan sonra “Müraciət forması” linki sizin mail ünvanınıza göndəriləcəkdir) gərək olacaqdır. Oradan keçid alaraq online şəkildə müraciət edə bilərsiniz.
- “Müraciət formasında” qeyd etdiklərinizi proses zamanı yaddaşda saxlayaraq (draft) daha sonra yenidən yazıya qayıdıb doldurmağa davam edə bilərsiniz.
- “Müraciət forması” ilə bağlı hər hansısa texniki və ya digər problemlər olarsa, birbaşa proqram təşkilatçıları ilə mail vasitəsilə əlaqə saxlamağınız xahiş olunur. Mail ünvanı: mirai@jtb.com (yapon və ya ingilis dilində)
VACİB QEYD!
Formanı dolduran zaman aşağıda qeyd olunan məqamlarla bağlı hazırlıq görməyiniz və gərəkli sənədləri yükləməyiniz xahiş olunur.
- Proqrama müraciət etmə səbəbiniz;
- Hüquq sahəsində təhsil, tədqiqat və ya iş təcrübənizin qısa məzmunu;
- Proqram haqqında düşüncələriniz (200 söz);
- Yaponiya ilə bağlı əldə olunmuş məlumatların yayılması ilə bağlı planlarınız (200 söz);
- Tələbəsinizsə: universitetdən qiymət vərəqəsinin ən son versiyası;
- İşləyirsinizsə: iş yerindən arayış, işçi kartı və digər gərəkli sənədlər;
- Xarici pasportunuzun şəkil hissəsinin skanı
4. Proqram cədvəli
7 noyabr | Müraciət üçün son tarix |
Noyabr ayı ərzində | Sənəd qəbulu mərhələsindən müvəffəq olanlar üçün Şifahi Müsahibə |
Dekabrın sonları | Seçim nəticələrinin elan olunması |
Yanvar- fevraldan başlayaraq | Bələdçilik, Proqramla tanışlıq, Universitlər ilə mübadilə, mühazirələr və müzakirələr (ONLINE) Yaponiyaya səyahət ※ |