Tədbirinizin “Yaponiya-Azərbaycan Dostluq İli 2022” Yubiley tədbiri adı altında təsdiq olunması üçün müraciət qaydaları

2021/12/8
Tədbirlərinizin təsdiq olunması üçün müraciət qaydaları aşağıdakı kimidir:
 
1 Qəbul edilə biləcək tədbirlər
 (1)      Mədəniyyət, incəsənət, idman, təhsil, turizm, iqtisadiyyat, elm və digər sahələrdə Yaponiya ilə
            Azərbaycan arasında qarşılıqlı anlaşmanın artırılması və dostluq əlaqələrinin inkişafına töhfə verəcək
            tədbirlər.
 (2)      Bir qayda olaraq, 2022-ci il ərzində Azərbaycanda keçiriləcək tədbirlər
 (3)      Bu punktlara uyğun gəlməyən tədbirlər
           A Dövlət siyasətinə zidd olan tədbirlər
           B Azərbaycan qanunvericiliyinə zidd olan və ya qanunları pozma ehtimalı olan tədbirlər
           C  Yubiley tədbirlərinin əsas məqsədi- “Yaponiya və Azərbaycan arasında dostluq münasibətlərinin
                inkişafı” ilə uyğun gəlməyən tədbirlər
           Ç Hər hansısa xüsusi hərəkat, siyasi motivlər və ya dini təbliğat məqsədli tədbirlər
           D İctimai rifah məqsədinin az olduğu tədbirlər
           E Əsasən gəlir məqsədli tədbirlər

 
2 Müraciət qaydaları

 (1)   Qaydaya əsasən, tədbirin keçirilmə tarixindən 6 həftə öncəyədək müraciət sənədlərinin Yaponiyanın Azərbaycandakı Səfirliyinə mail vasitəsilə göndərilməsi gərəkdir. Bütün sənədlərin ingilis dilində tərtib olunması gərəkdir. Mail vasitəsilə göndərilməsi gərək olan müraciət sənədləri aşağıdakılardır:

           A     “Yaponiya-Azərbaycan Dostluq İli 2022” Yubiley tədbiri üçün Müraciət Forması  ("Japan- 
                    Azerbaijan Friendship Year 2022" Application Form for Endorsement of Events and Projects)
           B       Öhdəlik sənədi (Written Oath)
           C     Gəlir və xərclər haqqında hesabat sənədi (Financial Plan)
           D    Tədbir haqqında ümumi məlumat (Tədbir planı; Əsər və ya eksponat siyahısı (sərgi və s. kimi
                    tədbirlər üçün)); Əsərlərin məzmunu(film, tamaşa və s.); Proqram; Tədbir elanı və ya
                    məlumatlar (dəvət, kütləvi tədbir, müsabiqə və s. olarsa)
           E     Təşkilatçı haqqında məlumat(şirkət tarixçəsi, göstərici və nailiyyətləri, fəaliyyət sahələri və
                    tarixçəsi və s.)
 
(2) Səfirliyə daxil olacaq müraciətlərə baxış keçirildikdən sonra, təşkilatçılara nəticələr barədə məlumat veriləcəkdir. Tədbiriniz “Yaponiya- Azərbaycan Dostluq İli 2022” Yubiley tədbiri olaraq təsdiq edilərsə, “Dostluq İlinin” rəsmi loqosu sizinlə paylaşılacaqdır. Bununla, təşkilatçı tərəf təsdiq olunan tədbirin bütün promo materiallarında rəsmi loqonun istifadə olunması hüququ qazanır. (Səfirlik tərəfindən tədbirinizin təsdiq olunmasını gözləmədən “Dostluq İlinin” rəsmi loqosunun istifadəsi qəti qadağandır.) 


3 Tədbirdən sonrakı hesabat
 Təşkilatçı tədbir bitdikdən sonra 3 ay ərzində “Tədbir haqqında hesabat” (Project Report) sənədini Yaponiya Səfirliyinə mail vasitəsilə göndərməlidir. Tədqim olunan hesabat sənədində qeyd olunan bəzi məlumatların səfirliyin promo və informasiya xarakterli materiallarında istifadə olunması ehtimalı vardır. 

 
4 Nəzərə alınmalı məqamlar
  (1) Müraciət zamanı nəzərə alınmalı məqamlar
        A    Müraciət zamanı təqdim etdiyiniz sənədlər yetərli olmazsa, səfirlik tərəfindən dəqiqləşdirmələr və
              əlavə sənədlər təqdim olunması tələb oluna bilər.
        B  Tədbirin başlanmasına 6 həftə qalmışdan sonrakı tarixlərdə müraciət olarsa və ya sənədlərdə   
              böyük çatışmamazlıqlar olarsa, müraciətə baxış keçirilməsinə imtina oluna bilər. 
        C  Tədbirin məzmunundan asılı olaraq, yubiley tədbiri kimi təsdiq olunmama ehtimalı vardır. 
        Ç    Sənədlərə baxış prosesi haqqında suallarınıza cavab verilməyəcəkdir.

 (2)  Hazırlıq və tədbirin həyata keçirilməsi zamanı nəzərə alınmalı məqamlar

      A    “Yaponiya-Azərbaycan Dostluq İli 2022” yubiley tədbiri olaraq təsdiq olunmağa Yaponiyanın
               Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə dəstəyi daxil deyildir. 
      B     “Yaponiya-Azərbaycan Dostluq İli 2022” yubiley tədbiri olaraq qəbul olunduğu halda, tədbirin
               təşkilatçılığı ilə bağlı bütün məsuliyyət təşkilatçının üzərində olacaqdır. Tədbir səfirlik tərəfindən
               təsdiq olunsa da, səfirlik onun həyata keçirilməsi ilə bağlı hər hansısa məsuliyyət daşımayacaqdır. 
      C     Tədbir ləğv olunarsa və ya müraciət zamanı təqdim olunan məzmuna dəyişiklik olarsa, 
               təşkilatçılardan tez zamanda səfirliyə bildirməkləri xahiş olunur. 
      Ç     Aşağıda qeyd olunmuş (A) ~(C) punktlarına əsasən, tədbirin təsdiqinin ləğv olunması halları baş
               verə bilər.

               (A)  Tədbirin məzmununda müraciət zamankı məzmundan dəyişiklik olmasına rəğmən, bu barədə
                      səfirliyə tez zamanda məlumat verilməzsə; 
               (B)  Tədbirin müraciət sənədlərində əks olunmayan hər hansısa başqa məzmun və ya məqsədləri
                      daha sonra aşkar olunarsa və ya  müraciət zamanı təqdim olunan məzmun dəyişərək, 1-ci
                      bəndin (3)-cü punktunda qeyd olunan məqamlara uyğun gələrsə;  
               (C)  Rəsmi loqonun ölçü proporsiyaları, rəngi və ya dizaynında dəyişiklik olarsa. Təsdiq olunan
                      tədbirdən əlavə hər hansısa başqa tədbirdə istifadə olunarsa. 


5 Əlaqə
Mailin başlığını ““Dostluq İli 2022” (Tədbirin təsdiqi üçün Müraciət, Ad və soyad)” qeyd edərək, culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Göndərəcəyiniz mailin həcmi 10 MB-dan çox olarsa, bizə çatmayacaqdır. Odur ki, qeyd olunan həcmdən böyük olarsa, müraciətinizi bir neçə mailə bölərək göndərməyinizi xahiş edirik.