2022-ci il “Nikkensei- Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu

2021/12/20
2022-ci il “Nikkensei- Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulunun elanı
Yaponiyada təhsilin başlanması 2022-ci il, sentyabr və ya oktyabr
 
SON MÜRACİƏT TARİXİ: 21 YANVAR, 2022-Cİ İL, SAAT 17:00-dək
 
 2022-ci ildə Yaponiyada təhsilin başlayacağı “Nikkensei- Yapon Dili və Yapon Mədəniyyətini tədqiq edən tələbələr” (qısaca, “Nikkensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 21 yanvar (cümə) olaraq təyin olunmuşdur. Gecikmədən qeyd olunan tarixədək müraciət etməyinizi xahiş edirik. Müraciətlərinizi səbrsizliklə gözləyirik!
 
  1. “Nikkensei” proqramı haqqında
Gələcəkdə yapon dili və mədəniyyətinə dair təhsilini davam etdirmək və ya tədqiqat aparmağı arzulayan şəxslər üçün Yaponiyada 1 illik təlim şansı təklif edən, bakalavr pilləsi tələbələri üçün nəzərdə tutulmuş təhsil proqramıdır.
 
Müraciətçilər bu əsas şərtə cavab verməlidirlər:
  • 18-30 yaş arası (1992-ci il 1 aprel tarixindən sonra doğumlu şəxslər) Azərbaycandakı universitetlərdə yapon dili və yapon mədəniyyəti ilə bağlı ixtisas üzrə təhsil almalı (hal-hazırda Azərbaycanda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetininin yapon dili ixtisası üzrə təhsil alan tələbələri bu proqrama müraciət edə bilərlər)
  • 2022-ci ilin 1 sentyabr tarixinədək universitetdə yapon dili və yapon mədəniyyəti üzrə toplam 1 ildən artıq təhsil müddətinin tamam olması
  • Yaponiyada təhsil alacağı 1 il ərzində və geri döndükdən sonra Azərbaycandakı universitetdə bakalavr pilləsi üzrə qeydiyyatda qalmalı, qayıtdıqdan sonra təhsilinə davam etməli və məzun olmamalıdır.
 
  1. Müraciət üsulu
 Müraciət etmək istəyən şəxslər aşağıdakı ardıcıllıqla 21 yanvar saat 17:00-dək proqrama müraciət edə bilərlər.
 
Addım 1
Bu səhifədən daxil olaraq “Müraciət qaydaları” (Application Guidelines) sənədini diqqətlə oxumaq. Bu linkdə qaydaları həm yapon, həm də ingilis dilində oxuya bilərsiniz.
 
 
 Addım 2
Proqram haqqında tərtib etdiyimiz “Tez-tez soruşulan suallar” (azərbaycan dilində) hissəsinə nəzər salmaq.
 
Addım 3
“Kursların kataloqu” 「コースガイド一覧」(siyahı yalnız yapon dilindədir)sənədinə nəzər salaraq təhsil almaq istədiyiniz universiteti və proqramı seçməyiniz gərəkdir. Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur. Qeyd: universitet və proqram seçimi zamanı təklif olunan proqramın məzmununun sizin seçəcəyiniz ixtisasa, “Müraciət formasının” 15-ci bəndində qeyd edəcəyiniz “Proqramda təhsil planlarınız”“Universitet seçiminə dair Müraciət forması” sənədinin 5-ci punktunda qeyd olunan “Kurs seçimi növü- a və ya b”-ə uyğun olmasından əmin olmağınız gərəkdir.
 
Addım 4
Bu səhifədən müraciət üçün lazım olan sənədləri yükləyib, lazımlı hissələri doldurmağınız xahiş olunur. Eyni zamanda, müraciət üçün lazım olan sənədlərin tam siyahısına “Application Guidelines” (募集要項) sənədinin 6-cı səhifəsindən (sənədlərin arasında hazır formatları olan, qeyd olunan linkdən yükləyib doldurmalı olduğunuz və universitet və ya digər qurumlardan əldə etməli olduğunuz sənədlər vardır. Siyahıya diqqətlə nəzər yetirməyiniz xahiş olunur) nəzər sala bilərsiniz.
 
 
Addım 5
21 yanvar saat 17:00 tarixinədək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir. Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur.
Mailin başlığıMEXT 2022 Nikkensei: Ad və Soyadınız
 
VACİB QEYD 1: Müraciət sənədlərinin orijinallarını itirməməyiniz gərəkdir. İmtahan və müsahibədən keçən şəxslərin orijinal sənədləri səfirliyə təqdim etməkləri gərək olacaqdır. Bütün sənədləri eyni zamanda göndərməyiniz gərəkdir. Göndərilən sənəd siyahısında çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
 
VACİB QEYD 2: Yuxarıda qeyd olunan culture-info@bk.mofa.go.jp mail ünvanına yalnız 10MB-dək ölçüsü olan maillər daxil olur. Odur ki, sənədləri göndərən zaman mailin həcminin 10MB-dan artıq olmamasına nəzər yetirməyiniz gərəkdir. Əgər 10MB-dan çox olarsa, müraciətinizi bir neçə mailə bölərək (maillərin mətnində ad və familiyanızı , Müraciət etdiyiniz proqramın adını və mailin nömrəsini qeyd etmək) göndərməyiniz xahiş olunur.
 
Addım 6
Mail göndərdikdən sonra 2 iş günü ərzində sizə səfirlik tərəfindən “müraciətçi nömrəniz” və “sənədlərinizin qəbul olunmasının” qeyd olunduğu təsdiq maili göndəriləcəkdir.  Əgər sizə cavab verilməyəcəksə, mail bizə çatmamış anlamına gəlir. Mail göndərərək sənədlərin çatıb-çatmamasını ayrıca olaraq dəqiqləşdirməyinizi xahiş edirik. Və ya təsdiq maili gəlməyibsə, həftəiçi iş günləri saat 10:00-17:00 aralığında səfirliyin(+99412-4907818)nömrələri ilə əlaqə saxlayaraq məlumat bildirməyiniz xahiş olunur.
 
 
3. Müraciət zamanı nəzərə alınmalı məqamlar
Yeni koronavirusun yayılmasının qarşısının alınması tədbirləri olaraq, sənəd qəbulu, imtahan prosesi və seçim cədvəlində dəyişikliklər baş verə bilər.
Seçim sənədləri online şəkildə mail vasitəsilə qəbul olunsa da, yazılı imtahan mərhələsinə keçmiş şəxslərin fiziki şəkildə imtahanda iştirakı gərək olacaqdır. Bunu öncədən nəzərə almağınız xahiş olunur.  
 Qeyd etmək istərdik ki, Azərbaycan hökuməti tərəfindən təyin olunacaq qayda və təlimatlardan asılı olaraq bu sənəddə qeyd olunan seçim cədvəli və ya proqrama seçim formatında dəyişikliklər olunması və ya seçim prosesinin dayandırılması ehtimalı da vardır. Bu məqamları da nəzərə almağınızı xahiş edirik.
 
 
4. Proqramın cədvəli
 
2021 Dekabr 21 Sənəd qəbulunun başlanması
2022 Yanvar 21 Saat 17:00  Sənəd qəbulunun son tarixi
Fevral 1 Sənəd seçim mərhələsinin nəticələrinin elanı
8 Yazılı imtahan (yapon dili üzrə- 2 saat)
Yazılı imtahandan öncə Keçmiş İllərin İmtahan Suallarına nəzər salmağınızı tövsiyə edirik.
Bir neçə gün sonra  
Yazılı imtahan nəticələrinin elanı
17 Müsahibə
18 Müsahibədən müvəffəq olmuş (proqramın 1-ci seçim mərhələsindən keçmiş) şəxslərin elanı
İyun   2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı
İyul-avqust   Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması
Sentyabr-oktyabr   Proqram qaliblərinin Yaponiyada təhsilinin başlanması
 
5. Əlavə məlumat
Yuxarıda qeyd olunan bütün məqamları oxuduqdan, müraciət qaydaları ilə yaxından tanış olduqdan sonra hər hansısa sualınız olarsa, Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsi ilə əlaqə saxlaya bilərsiniz:
Mail 
Facebook