Yaponiya səfirinin aşpazı tərəfindən yapon mətbəxinin nümayişi (Qalaaltı Hotel & Spa oteli)

2022/4/7
27 mart tarixində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Qalaaltı Hotel & Spa otelinin birgə təşkilatçılığı ilə adıgedən oteldə Yaponiya səfirinin aşpazı Matsuşita Taisei tərəfindən yapon mətbəxinin nümayişi baş tutmuş, otel qonaqlarına yapon mətbəxindən dadmaq şansı yaradılmışdır.
 
Aşpaz Matsuşita Taisei yakimeşi (qızardılmış düyü), suşi, tempura, miso supu kimi ənənəvi yapon mətbəxi nümunələrini təqdim edərək, otelin şeflərinə yeməklərin hazırlanma qaydasını izah etmişdir. Daha sonra, hazırlanmış yapon yeməkləri bir qrup otel qonaqlarına dadmaq üçün təqdim olunmuş, yapon mətbəxinin gözəlliyi qonaqlara aşılanmışdır.  
 
Yaponiya Səfirliyi olaraq, bundan sonra da “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində yapon mətbəxinin gözəlliklərinin Azərbaycan xalqına təqdim olunmasına davam edəcəyik.