Bakıda "Yaponiya Mədəniyyət Festivalı" keçirilmişdir
2022/8/5

15 may 2022-ci il tarixində Səfirliyin və Yaponiya Mədəniyyət Festivalı Təşkilat Komitəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, 225 saylı orta məktəb, yapon.az Yapon dili və mədəniyyəti mərkəzi) birgə təşkilatçılığı, Landmark Bakunun təşkilati dəstəyi və ISR Auto, JTI Azərbaycan şirkəti, Landmark oteli, Navinia şirkəti, Silkway West Hava yolları və Türk Hava yollarının sponsorluğu ilə Landmark Bakı otelində “Yaponiya Mədəniyyət Festivalı” keçirilmişdir.
İlk öncə Yaponiyanın Azərbaycandakı Fövqaladə və salahiyyətli səfiri Vada Cüniçi açılış nitqi ilə çıxış etmiş, “Yaponiya ilə Azərbaycan Dostluq ili” çərçivəsində keçiriləcək tədbirlər haqqında öz arzularını bildirmişdir. Eyni zamanda, bu tədbirin ərsəyə gəlməsində əvəzsiz əməyi olan təşkilatçılar, iştirakçılar və əvəzsiz dəstək vermiş bütün sponsorlara minnətdarlığını bildirmişdir.
Tədbirin keçirildiyi gün çoxlu sayda ziyyarətçi çay mərasimi, gül sənəti (ikebana) və kimono kimi yapon mədəniyyəti ilə tanış olmuş, yapon dili tədrisi aparılan təhsil müəssisə və təşkilatlar tərəfindən hazırlanmış stendlərdə sərgilənmiş əl işlərini seyr edə bilmişdirlər. Bundan əlavə, məkanda 25 nəfər fərdi və qrup şəklində rəqs və mahnı ifaları ilə çıxış edənlər tamaşaçıları öz çıxışları ilə valeh etmişdirlər.
Yaponiya Səfirliyi bundan sonra da “Dostluq İli” çərçivəsində bir sıra tədbir keçirməyi planlaşdırır. Sizin iştirakınızı səbirsizliklə gözləyirik.