Şamaxı 2 saylı tam orta məktəbdə "Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək" tədbiri baş tutmuşdur

2022/5/25
20 may 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə “2022 Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Şamaxıda yerləşən 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur.

Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyev qonaq qismində iştirak etmişdir.
 


Tədbirdə iştirak etmiş qonaqlar



Səfir Vada Cüniçinin salamlama nitqi

Dərsdə təxmini 90 nəfərədək Şamaxı 2 saylı tam orta məktəbin -ci sinif şagirdləri iştirak etmişlər. Online dərsdə ilk öncə Hitachi Hightech Moskva ofisinin əməkdaşları “Elektron mikroskopu istifadə etməklə həşəratların mikroquruluşuna nəzər salaq” mövzusunda mühazirə keçmiş, daha sonra şagirdlər öyrəndikləri yeni biliklərə əsaslanaraq, Hitachi Hightech Tokio ofisində yerləşən elektron mikroskopu məsafədən idarə etmək şansı əldə etmişlər. 


                  
                             
          Dərsdə iştirak edən şagirdlər                 Yosunun elektron mikroskopla böyüdülmüş görüntüsü


Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.
 
Bundan sonra eyni tədbirin daha 2 məkanda (Bakı və Şəki) keçirilməsi planlaşdırılır.
 


Qonaqlar, müəllim və şagirdlərin birgə kollektiv şəkli
 

Son olaraq, bu dəfəki tədbirdə sözügedən məktəbin 6-cı sinif şagirdləri üçün oriqami dərsi də keçirilmişdir. Səfirlik əməkdaşları oriqaminin tarixi haqqında qısa məlumat verdikdən sonra, ənənəvi yapon kağızı və oriqami haqqında video görüntü izlənmiş və sonda şagirdlərə oriqami kağızlarından fiqur hazırlanması öyrədilmişdir.


                            
 Oriqaminin tarixi və s. haqqında qısa məlumat
 

Şagirdlərin oriqami hazırladığı görüntü