Yaponiyanın ənənəvi şirniyyat ustasının vaqaşi- yapon şirniyyatı təqdimatı
19 iyun tarixində səfirliyimiz və CASA Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə adıgedən mərkəzdə Osaka şəhəri Sakai rayonunda 90 ildən çoxdur fəaliyyət göstərən “Housen Şirniyyat” mağazasının əsas şirniyyat ustası Takayuki Maedanın təqdimatında Vaqaşi-ənənəvi yapon şirniyyatı üzrə təlim dərsi və ümumi nümayiş həyata keçirilmişdir.
Təlim dərsində CASA Kulinariya Mərkəzinin tələbələri və digər şirniyyat ustaları moçi və nerikiri adlı şirniyyatların hazırlanamasını öyrənmişlər.
Nümayişdə 35 nəfərə yaxın qonaq iştirak etmiş və yapon şirniyyat ustası Takayuki Maedanın hazırladığı müxtəlif animasiya personajları və xüsusi formalı nerikiri şirniyyatlarına baxa bilmişlər. Bundan əlavə, qonaqlara moçi və ya danqo kimi ənənəvi yapon şirniyyatları da dadmaq üçün təqdim olunmuşdur.
2022-ci il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etməklə, "Dostluq İli" tədbirləri çərçivəsində həyata keçirilmiş bu tədbirin Azərbaycan əhalisinin yapon mədəniyyətinə, xüsusilə yapon yemək mədəniyyətinə olan marağını daha da artıracağına inanırıq, sizdə də elə deyilmi?