Nakamura Tempeyin "Yaponiya-Azərbaycan Dostluq İli" Piano Konserti

2022/8/5
ムガームセンターにおけるコンサートの様子(18日)
ムガームセンターにおけるコンサートの様子(18日)
Yaponiyanın məşhur piano ifaçısı Nakamura Tempei ilk dəfə Bakıda solo konsertlə çıxış etmişdir. 18 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində, 20 iyul tarixində isə Landmark otelinin 22-ci mərtəbəsində Terrasda keçirilmiş konsertlər ISR Auto, JTI Azərbaycan şirkəti, Landmark oteli, Navinia şirkəti, Silkway West Hava yolları və Türk Hava yollarının sponsorluğu ilə baş tutmuşdur. 

Konsertlər Nakamura Tempeyin Avropa turu çərçivəsində və "Yaponiya-Azərbaycan Dostluq İli" münasibətilə həyata keçirilmiş və çoxsaylı tamaşaçı marağı ilə qarşılanmışdır.  Konsertlərdə Nakamura Tempei öz bəstəsi olan unikal musiqi parçaları ilə çıxış etmiş və sonda qonaqlar üçün sürpriz olaraq Azərbaycan himnini pianoda ifa etmişdir. Himnin ifası zamanı bütün zaldakı qonaqlar ayağa qalxaraq, bir ağızdan himni oxumuş və bu jesti böyük alqışlarla qarşılamışlar.


 
ムガームセンターにおけるコンサートの様子(18日)
ムガームセンターにおけるコンサートの様子(18日)
ランドマークにおけるコンサートの様子(20日)
ランドマークにおけるコンサートの様子(20日)
ランドマークにおけるコンサートの様子(20日)
ランドマークにおけるコンサートの様子(20日)