Niiqata prefekturasının qeyri-maddi milli mədəni sərvəti "Sanco çərpələng Festivalı" keçirilmişdir

2022/8/5
ランカランにて ランカランに於ける集合写真
ランカランにて
23 və 24 iyul tarixlərində Lənkəran və Bakı şəhərlərində Niiqata prefekturası qeyri-maddi mədəni və milli sərvəti kimi qeydə alınan "Sanco çərpələng festivalı"  həyata keçirilmişdir. Lənkərandakı tədbir Lənkəran şəhər İcra Hakimiyyəti, Bakıdakı tədbir isə Dənizkənarı Milli Park idarəsinin təşkilati dəstəyi, SR Auto, JTI Azərbaycan şirkəti, Landmark oteli, Navinia şirkəti, Silkway West Hava yolları və Türk Hava yollarının sponsorluğu ilə baş tutmuşdur.

Sanco Çərpələng Festivalı qədim Edo dövründən başlayaraq davam edən ənənə olub, "Sanco Rokkaku", yəni altıbucaqlı çərpələnglər kimi dünyada tanınmışdır. Bu Sanco çərpələngləri Xəzər dənizi səmasında dalğalandırılaraq,  qədim tarixə malik yapon mədəni sərvəti çoxsaylı qonaqlara, Lənkəran və Bakı sakinlərinə təqdim olunmuşdur.  Eyni zamanda, çərpələnglərin hazırlanması üzrə təlimlər zamanı çərpələnglərin üzərində rəsmlərin çəkilməsi, çərpələnglərin uçurdulma qaydaları sakinlərə öyrədilmişdir.

Bu cür açıq hava tədbirləri ilə çoxsaylı tamaşaçı kütləsini cəlb edərək, yapon mədəniyyətinin müxtəlif aspektlərinin təqdim olunmasını bundan sonra da həyata keçirəcəyik.

Bizi izləməyə davam edin!
 
三条協会よりランカラン県に寄贈された凧 三条協会がランカラン県に寄贈した凧
ランカラン住民が凧揚げにチャレンジ
三条協会がバクーに寄贈した凧
友好の凧
バクーの空を飛ぶ「友好の凧」