Bakıda “Əsrarəngiz kimono- Yaponiya Kimono Şousu” təşkil olunmuşdur

2022/11/17
1
2
3
4
5
11 noyabr tarixində, “SOAC Art Consultancy & Curation” şirkətinin təşkilatçılığı、”ODASHO” şirkəti, NPO Internaitonal Textile Network Japan, Azərbaycan Milli Xalça Muzeyi və ISR Holding-in əməkdaşlığı, Yaponiya Səfirliyinin dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində “Əsrarəngiz Kimono- Kimono Dəb Şousu” keçirilmişdir.
 
6
7
Dəb şousunda Azərbaycanda yaşayan yaponlar və yapon mədəniyyətini sevən Azərbaycanlılar model qismində iştirak etmiş, Yaponiya festivalları, “Yetkinlik yaşı mərasimi”, məzun günü mərasimi, toy mərasimi, “Yeddi, beş və üç yaş” bayramı mərasimləri kimi fərqli məqamlarda geyinilən ənənəvi yapon geyimi 24 növ kimono nümayiş olunmuşdur.
 
8
9
Eyni zamanda, ənənəvi yapon geyimlərindən başqa “Kimono Trip” adlanan türk kutni parçasından və Azərbaycan Milli Xalça Muzeyinə məxsus xalçanın naxışlarından götürülmüş dekorla kimono nümayiş olunmuşdur.
 
10
Tədbirin keçirilməsi ilə iki ölkə arasında mədəni və dostluq əlaqələrininin inkişafına böyük töhfə olunacağı gözlənilir.