İşikava prefekturası, Şika şəhərindən nümayəndə heyətinin Azərbaycan səfəri

2022/11/30
2022-ci il 24 noyabr tarixində İşikava prefekturasının Şika şəhərindən nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Şika şəhəri Bakının Xətai rayonu ilə dostluq əlaqələrində olan şəhər olub, eyni zamanda Tokio Olimpiya və Paralipiya Oyunları zamanı öncədən keçirilən təlim-məşq düşərgələrinə Azərbaycan milli yığma komandasını qəbul edən şəhər olmuşdur.
Mer cənab Koizumu Masaru və şəhər parlamentinin sədri cənab Masanori Minami başda olmaqla, Şika şəhərindən gələn nümayəndə heyəti Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov (24 noyabr), Xətai Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Quliyev (26 noyabr), Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə (28 noyabr) ilə görüşlərdə olmuş, Bakı Avropa Liseyi (25 noyabr) və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə (25 noyabr) baxış keçirmişlər.

                   

                                           

                   
    
  Eyni zamanda, Şika şəhəri nümayəndə heyətinin tərkibində “Şika Tenyu Yapon Zərb Alətləri” qrupu üzvləri də Azərbaycana gələrək Bakı Avropa Liseyində (25 noyabr), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində (25 noyabr), DƏNİZ Mall ticarət mərkəzində (26 noyabr) və Landmark Baku Otelində (27 noyabr) Şika şəhərinin qeyri-maddi iris olan vadaiko yapon zərb alətlərində ifa edərək, konsert proqramı ilə çıxış etmişlər.  
 
                                          
 Silsilə tədbirlər vasitəsilə Yaponiya ilə Azərbaycan arasında regionlararası qarşılıqlı mübadilənin vacibliyi və gələcək planları haqqında ətraflı və məhsuldar fikir mübadilələri aparılmış, əlaqələr daha da gücləndirilmişdir.

Siz də Yaponiyaya gedərsəniz, Azərbaycan ilə dostluq şəhər əlaqələrində olanŞika şəhərinə də mütləq baş çəkməyinizi tövsiyə edirik!
 
(Əlavə məlumat)
İşikava prefekturası, Şika şəhəri
Rəsmi veb səhifə: https://www.town.shika.lg.jp/
 
“Şika Tenyu Zərb Alətləri” qrupu
Facebook: https://ja-jp.facebook.com/tenyu.shika/
Instagram: https://www.instagram.com/tenyu_daiko/