Şəki Şəhər Kimya-Biologiya təmayüllü Respublika Liseyində “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri
Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Takeya Yukihiro, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Kimya Biologiya Təmayüllü Respublika Liseyinin direktoru Elmir Məmmədəliyev qonaq qismində iştirak etmişdir.

Təbdirdə iştirak etmiş qonaqlar
Dərsdə təxmini 50 nəfərədək Şəki Kimya-Biologiya təmayülllü Respublika Liseyinin 7-ci sinif şagirdləri və müəllimlər iştirak etmişlər. Online dərsdə ilk öncə Hitachi Hightech Moskva ofisinin əməkdaşları “Elektron mikroskopu istifadə etməklə həşəratların mikroquruluşuna nəzər salaq” mövzusunda mühazirə keçmiş, daha sonra şagirdlər öyrəndikləri yeni biliklərə əsaslanaraq, Hitachi Hightech Tokio ofisində yerləşən elektron mikroskopu məsafədən idarə etmək şansı əldə etmişlər.

Şagirdlərin elektron mikroskopu idarə etməsi görüntüsü


Dərsdə iştirak edən şagirdlər Elektron mikroskop vasitəsilə çəkilmiş
duz kristalının şəkli
Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.

Qonaqlar, müəllim və şagirdlərin birgə kollektiv şəkli
Eyni zamanda, adıgedən liseyin təxmini 30 nəfər 6-cı sinif şagirdləri üçün oriqami dərsi keçilmişdir. Səfirlik əməkdaşları oriqaminin tarixi haqqında qısa məlumat verdikdən sonra, ənənəvi yapon kağızı və oriqami haqqında video görüntü izlənmiş və sonda şagirdlərə oriqami kağızlarından fiqur hazırlanması öyrədilmişdir. Bundan başqa, dərs zamanı şagirdlərin öncədən hazırlıq gördükləri Yaponiya haqqında müxtəlif məlumatlar əsasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır və bunun, onların Yaponiyaya olan maraqlarının artmasına töhfə olduğu düşünülür.
Oriqami dərsindən görüntülər: