Azərbaycan Badminton Federasiyasına badminton raketkaları hədiyyə olunub

2022/12/28
sefir ile
23 dekabr tarixində Yaponiya Badminton Assosiasiyası tərəfindən Azərbaycan Badminton Federasiyasına təqdim olunan badminton raketkalarının hədiyyə olunma mərasimi keçirilmişdir.
 
Mərasim Yaponiya Səfirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə Yaponiya Xarici İşlər Nazirliyinin “Sport for Tomorrow” layihəsi çərçivəsində həyata keçirilmiş, “Shuttle Time” layihəsi iştirakçıları olan şagirdlərə yüksək keyfiyyətli badminton raketkaları hədiyyə olunmuşdur.  
 
Yaponiya Badminton Assosiasiyası tərəfindən ünvanlanmış video mesaj da tədbirdə nümayiş olunduqdan sonra, hədiyyə olunmuş raketkalar ilə səfir Vada Cüniçi və Badminton Federasiyasının prezidenti Taleh Ziyadov arasında simvolik yoldaşlıq oyunu baş tutmuşdur.  
 
Bu il Yaponiya-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümü və Azərbaycan Badminton Federasiyasının 60-cı ildönümünə təsadüf edir. Yaponiya Səfirliyi olaraq bundan sonra da idman başda olmaqla, Yaponiya ilə Azərbaycanın dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün əlimizdən gələni edəcəyik.
 
unumi sekil
sefir ile taleh
usaqlar
usaqla sefir