“TATE HATORYU NY” qrupunun çıxışları baş tutmuşdur
2023/2/7

2023-cü ilin 2-4 fevral tarixləri arasında “TATE HATORYU NY” qrupunun ifasında müxtəlif tədbirlər həyata keçirilmişdir.
Tate özündə qədim samuray döyüş sənəti, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olub, döyüş və hadisə filmləri, eyni zamanda səhnə performansları zamanı nümayiş olunan realistik və dinamik səhnələri canlandırır. Bu dəfə Nyu-Yorkda fəaliyyət göstərən məşhur TATE Hatoryu qrupu qonaqlar üçün xüsusi qılınc döyüş səhnələri hazırlayaraq, samuray döyüş növü ilə musiqinin müşayiətində səlis qılınc hərəkətləri ilə çıxışlar nümayiş etdirmişlər.
“TATE HATORYU NY” qrupunun 4 aktyorunun ifasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2 fevral), Heydər Əliyev Mərkəzi (3 fevral) və Landmark Baku (4 fevral) tarixlərində konsert proqramları təşkil olunmuş, proqram çərçivəsində tate incəsənət növünün tarixi və qaydaları haqqında məlumat verilmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbə və müəllim kollektivi üçün tate incəsənət növünün tarixi və texnikaları haqqında masterklass keçirilmişdir. Universitet tərəfindən Teatr Sənəti fakültəsinin tələbələrinin ifasında performans da nümayiş olunmuş, iki ölkə arasında qarşılıqlı mədəni mübadilə aparmaq imkanı yaradılmışdır.

Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə isə 600 nəfərdən çox tamaşaçı iştirak etmiş, tatenin gözəlliyi və unikal xüsusiyyətləri onlara aşılanmışdır.

Landmark Otelindəki tədbirdə tatenin nümayişi ilə birgə, çoxsaylı qonaqlar üçün samurai görünüşünə çevrilərək real olaraq tatenin hərəkətlərini sınamaq şansı da yaradılmışdır.
Bu tədbirlərlə, Azərbaycandakı insanlar üçün ənənəvi yapon incəsənəti və samuray mədəniyyəti ilə yaxından tanış olmaq və zövq almaq imkanı yaradılmışdır.