Yapon moqul xizək idmançılarının moqul xizək nümayişi baş tutmuşdur

2023/2/28
pic 1
24-25 fevral tarixlərində Qusar rayonunda yerləşən Şahdağ Dağ Xizək Rezortunda Yaponiyadan gələn moqul xizək idmançıları tərəfindən moqul xizək növünün təqdimatı həyata keçirilmiş, bununla bağlı səfir Vada Cüniçi də idmançılara dəstək məqsədi ilə Şahdağa səfər etmişdir.
Qış idman növlərinin inkişaf etdirilməsi üçün son illər Azərbaycan hökuməti Şahdağda ən yeni növ infrastruktur və otellərin, əyləncə məkanlarının təmin olunması üçün əlindən gələni edərək, böyük miqyaslı və müasir tələbələrə cavab verən xizək rezortunun yaradılmasına nail olmuşdur. Bu kimi fəaliyyətlər xizək idman növünə maraq göstərən insanların sayının artması və turizmin inkişafına xidmət edir.
Bu cür tədbirlərin bir hissəsi olaraq, bu dəfəki moqul xizək növü üzrə təqdimat layihəsi ilə Azərbaycana gələn idmançı Ciro Miyamoto 2030-cu il Qış Olimpiya Oyunlarında Azərbaycandan da moqul xizək idmançılarının medal qazanması məqsədini irəli sürərək, ölkədə bu idman növü üzrə idmançıların yetişdirilməsi məsələsində dəstək vermək istəyini bildirmişdir.  
Moqul xizək növünün inkişafı və Şahdağ Dağ Xizək Rezortunun turizm potensialının təbliğ olunması ilə Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı mübadilənin daha da genişlənməsinə nail olunacağı gözlənilir.
 
Şahdağ Dağ Xizək Rezortunun rəsmi internet səhifəsi:
https://www.shahdag.az/az
 
pic 2
pic 3