"KUNI-KEN" şamisen rok qrupunun konserti təşkil edilmişdir
2023/2/28

22 fevral (çərşənbə) Yaponiya Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “KUNI-KEN” şamisen rok qrupunun ifasında konsert təşkil edilmişdir.Çox hissəsi dolu olan zalda tamaşaçılar “KUNI-KEN” qrupunun bəstələdiyi mahnıları, məşhur qərb musiqilərini, ənənəvi “tsuqaru conqara buşi” musiqi sədalarını dinləmiş, sürpriz olaraq ifa olunmuş Azərbaycan himnindən böyük zövq almışdırlar. Tamaşaçıların xahişi ilə yenidən səhnəyə çıxmış qrup sonda öz üslubuna uyğunlaşdırılmış “Sakura-sakura” adlı Yaponiyanın məşhur uşaq mahnısını da ifa etmişdirlər.
2003-cü ildən musiqi karyerasına start vermiş “KUNI-KEN” qrupu Mie prefekturasının Yokkaiçi şəhərində anadan olmuş KUNİAKİ və KENCİ qardaşları tərəfindən yaradılmış şamisen rok birliyidir. Dünyanın bir çox ölkələrində konsertlər vermiş, Asia mənşəli sənətçi kimi diqqəti cəlb edir. 2016-cı ildən Yokkaiçi şəhərinin turizm səfiri kimi fəaliyyət göstərirlər.