Məşhur koto ifaçısı Nobutaka Yoşizavanın konserti

2023/3/6
pic 1
15 mart tarixində Yaponiya Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Yaponiyanın ənənəvi musiqi aləti koto ifaçısı- Yoşizava Nobutakanın konserti keçiriləcəkdir. Konsert Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da baş tutacaqdır.
 
Yaponiyanın Toçiqi prefekturası Utsunomiya şəhərində anadan olan Nobutaka Yoşizava artıq 7 yaşından kotoda ifa etməyə başlamışdır. 2008-ci ildə Yaponiyada keçirilmiş 15-ci Kencun Yaponiya Koto Xatirə Yarışmasının qalibi olmuş və Kencun mükafatına layiq görülmüşdür. İndiyədək Türkiyə, İngiltərə, Fransa, Rusiya kimi bir çox xarici ölkələrdə konsert proqramı ilə çıxış edən musiqiçi son zamanlar həm Yaponiya daxili, həm də xarici ölkələrdə ənənəvi yapon musiqisinin parlaq təbliğatçılarından biri olaraq diqqət çəkməkdədir.
 
Konsertə biletləri əldə etmək üçün 7 mart tarixindən başlayaraq Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinə yaxınlaşmağınız xahiş olunur. Biletləri səfirlikdən həftəiçi saat 09:30-dan 17:00-dək əldə edə bilərsiniz. Biletlər məhdud olduğu üçün tələsin!
 
pic 2