Koto ifaçısı Nobutaka Yoşizavanın konsertləri həyata keçirilmişdir

2023/3/16
landmark Landmark Bakuda keçirilmiş konsert
14 və 15 mart tarixində koto ifaçısı Nobutaka Yoşizava Azərbaycana səfər etmiş və konsert proqramları ilə çıxış etmişdir.

Konsert zamanı ənənəvi yapon musiqiləri ilə yanaşı, müasir musiqi parçaları da ifa olunmuş, koto musiqi alətinin potensialı, musiqi çalarları müxtəlif yönlərdən təqdim olunmuşdur.

Beynəlxalq Muğam Mərkəzindəki konserdə (15 mart) tanınmış muğam ifaçıları ilə (kamançada Elnur Mikayıl, tarda Zəki Vəliyev, balabanda Rəfael Əsgərov və nağarada Kamran Kərimov) birgə sintez ifalar nümayiş olunmuş, yapon və Azərbaycan ənənəvi musiqi alətlərinin vəhdəti ilə gözəl musiqi nömrələri ərsəyə gəlmiş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Nobutaka Yoşizava Yaponiyanın Toçiqi prefekturasının Utsunomiyada anadan olmuşdur. O, 2008-ci ildə keçirilmiş 15-ci Ümumyaponiya Kencun Yarışmasının qalibi və bir çox mükafatlar sahibidir. Nobutaka Yoşizava indiyədək Türkiyə, İngiltərə, Fransa, Rusiya kimi bir çox xarici ölkələrdə də konsert proqramı ilə çıxış edərək, Yaponiya və xarici ölkələrdə məşhur və istedadlı koto ifaçısı olaraq diqqət cəlb etməkdədir.
 
Konsert proqramları:
14 mart (Landmark Baku)
1.Kira (bəstəkar: Seihou Kineya)
2.Sakura sakura (aranjeman: Tadao Savai)
3.Fuurin və Senkou-Hanabi (bəstəkar: Miçio Miyagi)
4.Rinzetsu (bəstəkar: Miçio Miyagi)
5.Rokudan (bəstəkar: Yatsuhaşi Kengyou)
6.Durna səsi- Crane Voice (bəstəkar: Tamaoka Kengyou)
7.Quş kimi-Like a bird (bəstəkar: Tadao Savai)
 
15 mart (Beynəlxalq Muğam Mərkəzi)
1. Rokudan (bəstəkar: Yatsuhaşi Kengyou)
2.Intermezzi II(bəstəkar: Misato Moçizuki)
3.Qar: koto və mahnılar üçün (Snow for Koto and songs) (bəstəkar: Nagako Konişi)
4.Mədh nəğməsi (The song of praise) (bəstəkar: Tadao Savai)
5.Sakura sakura (aranjeman Tadao Savai)- Muğam ifaçıları ilə birgə sintez ifa
6.Haru no Umi- Yaz dənizi(bəstəkar: Miçio Miyagi)- Muğam ifaçıları ilə birgə sintez ifa
 
mugam 1 Beynəlxalq Muğam Mərkəzində konsert
mugam 2 Konsertdə iştirak edən tamaşaçılar
mugam 3 Muğam ifaçıları ilə birgə ifa