17-ci Beynəlxalq Manqa Müsabiqəsinə müraciət qəbulu haqqında

2023/4/14
Hal-hazırda Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi İcraiyyə Komitəsi tərəfindən “17-ci Beynəlxalq Manqa müsabiqəsinə” müraciət qəbulu başlanmışdır.

Müraciətlərin arasında ən çox rəğbət qazanmış manqa əsərinin sahibi “Yaponya Beynəlxalq Manqa Ən yaxşı əsər mükafatı”, bundan başqa seçilmiş 3 əsər sahibi isə “Yaponiya Beynəlxalq Manqa Yaxşı əsər mükafatı”-na layiq görüləcəkdir. Əlavə olaraq “ən yaxşı” və “yaxşı əsərlər mükafatı” qazanmış şəxslər təxmini 7 günlük Yaponiya səfərinə dəvət olunacaqlar.
 
Müraciət 14 aprel 2023-cü il tarixindən 7 iyul 2023-cü il tarixinə kimi davam edəcəkdir. Müraciət şərtləri ilə tanış olduqdan sonra, manqa əsərlərinizi Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin poçt və ya mail ünvanına göndərə bilərsiniz.
 
Ünvan: 1033, Izmir Street, Hyatt Tower 3, 6 fl., Baku AZ1065
Mail: culture-info@bk.mofa.go.jp
 
Müraciət qaydaları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə keçid ala bilərsiniz.
(Yapon dili) https://www.manga-award.mofa.go.jp/application/17/index.html
(İngilis dili) https://www.manga-award.mofa.go.jp/en/application/17/index.html
 
Beynəlxalq Manqa Mükafatı haqqında məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz.
(Yapon dili) https://www.manga-award.mofa.go.jp/index.html
(İngilis dili) https://www.manga-award.mofa.go.jp/index_e.html
 
Müraciətlərinizi səbrsizliklə gözləyirik!