225 saylı tam orta məktəbdə yapon dilini tədris edən şagirdlər ilə Yaponiyalı tələbələr arasında mübadilə baş tutmuşdur
2023/10/11
7 oktyabr tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gəlmiş yapon tələbələr Telman Abbasov adına 225 saylı tam orta məktəbə səfər etmiş, yapon dilini tədris edən şagirdlərlə mübadilə həyata keçirmişdir. Tədbirdə Yaponiya Səfirliyininin də nümayəndəsi iştirak etmişdir.
Tədbirdə şagirdlər yapon mahnıları ifa edərək, rəqslər nümayiş etmiş və daha sonra yapon tələbələri hazırladıqları Yaponiya haqqında xüsusi sual-cavab və oyunları şagirdlərə təqdim edərək, onları daha yaxından Yaponiya mədəniyyəti ilə tanış etmişlər.
225 saylı orta məktəb Azərbaycanda yapon dilinin tədris olunduğu yeganə orta məktəb
olub, şagirdlərə təkcə yapon dili deyil, yapon mədəniyyəti üzrə də müxtəlif biliklər
aşılanır.