Azərbaycan Respublikasının Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Zati-aliləri cənab Gürsel İsmayılzadənin Xarici İşlər üzrə Dövlət Naziri Tsuci ilə nəzakət görüşü haqqında
2023/12/13

12 dekabr tarixində Yaponiyanın Xarici İşlər üzrə Dövlət Naziri cənab Tsuci Kiyoto Azərbaycan Respublikasının Yaponiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Zati-aliləri cənab Gürsel İsmayılzadəni nəzakət görüşü çərçivəsində qəbul etmişdir. Görüşün xülasəsi aşağıdakı kimidir:
1. Dövlət naziri cənab Tsuci vurğulamışdır ki, Mərkəzi Asiya və Qafqaz regionu son illərdə getdikcə strateji əhəmiyyət kəsb edir. O, həmçinin iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməklə bağlı niyyətini ifadə etmişdir.
2. Səfir İsmayılzadə dövlət naziri Tsucini təyinatı münasibətilə təbrik edib və iki ölkə arasında ekoloji sahədə əməkdaşlığın daha da gücləndirilməsinə ümid etdiyini bildirib.
3. Söhbət zamanı regional məsələlər, iki ölkə arasında iqtisadi fəaliyyət, o cümlədən turizm və beynəlxalq arenada əməkdaşlıq müzakirə olunub.
İngilis dilində məlumat üçün bu linkə nəzər sala bilərsiniz.