Azərbaycanın Xarici İşlər nazirinin müavini cənab Elnur Məmmədov ilə Yaponiyanın Xarici İşlər Nazirliyinin parlamentar vitse naziri cənab Fukazava Yoiçinin nəzakət görüşü

2024/5/31
24 may tarixində Yaponiyanın Xarici İşlər Nazirliyinin parlamentar vitse naziri cənab Fukazava Yoiçi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Zati-aliləri cənab Elnur Məmmədovu nəzakət görüşü çərçivəsində qəbul etmişdir. Görüşün xülasəsi aşağıdakı kimidir:
 
Parlamentar vitse-nazir Fukazava nazir müavini cənab Elnur Məmmədovun Yaponiyaya səfərini alqışlayıb və Azərbaycanın Yaponiya üçün enerji təhlükəsizliyi baxımından mühüm ölkə olduğunu, eləcə də Yaponiya ilə Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan və Ermənistan dövlət sərhədlərinin delimitasiyası prosesinin ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanıyan Alma-Ata Bəyannaməsinə əsaslanacağı barədə razılığa gəlmələrini alqışlayıb.
 
Zati-aliləri cənab Elnur Məmmədov Yaponiya ilə əlaqələri daha da gücləndirmək niyyətində olduğunu, eləcə də bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da Yaponiyadan gözləntilərini ifadə edib. Onlar, həmçinin, iki ölkə arasında nəqliyyat, logistika və ətraf mühit sahələrində əməkdaşlığı müzakirə edib və COP29-a doğru uğurlu istiqamətdə birgə işləmək barədə razılığa gəliblər.