Səfir Vatanabe Katsuya ADA Universiteti Yay Məktəbində mühazirə etmişdir

2024/8/2
1
1 avqust tarixində səfir Vatanabe Katsuya 9-cu ADA Universiteti Məktəblilər üçün Yay Məktəbi layihəsində qonaq olmuş, iştirakçı məktəblilərə Yaponiyanın məktəb həyatı və yapon dili haqqında mühazirə etmişdir. 
 
İştirakçılar səfirə Yaponiyada məktəb həyatı, təhsil, yapon dili və yapon mədəniyyəti ilə bağlı müxtəlif suallar vermiş, sual-cavab sessiyası baş tutmuşdur. Sonda, səfir bütün iştirakçılara yapon dilində adlarının yazıldığı açıqca hədiyyə etmiş, kollektiv şəkil çəkdirmişdir. 
 
Yaponiya Səfirliyi olaraq bundan sonra da Yaponiya və yapon mədəniyyətinin təbliği istiqamətində fəaliyyətmizi davam etdirəcəyik. 
2
3
4