6 iyul 2025-ci il tarixində keçiriləcək Yapon Dili Səviyyə İmtahanı (JLPT) haqqında məlumat

2025/3/6
Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 6 iyul 2025-ci il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.
 
Ətraflı və əlavə məlumat üçün JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərsiniz:
E-mail: jlptazerbaijan@gmail.com;
Facebook URL: https://www.facebook.com/JLPTazerbaijan/
 
1. İmtahan üçün müraciət

İmtahan üçün ərizə vərəqəsini əldə etmək istəyən şəxslərin nəzərinə!
İmtahana müraciət üçün ərizə vərəqəsinin qiyməti 1 AZN təşkil edir.
 
[Müraciət müddəti və günləri] 17.03.2024 - 05.04.2025 aralığında baş tutacaqdır. Bayram günləri istisna olmaqla, aşağıda qeyd olunan günlərdə müraciət edə bilərsiniz:
17,18,19,26,27 mart və 2,3,4 aprel tarixləri

[Ərizə qəbulu saatları] 17,18,19,26,27 mart     saat 11:00-15:00
                                    2,3,4 aprel                     saat 11:00-16:00

[Müraciət yeri] Yaponiyanın Azərbaycandakı Səfirliyi,5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
 
2. Müraciət qaydası və lazımı sənədlər
1) Doldurulmuş ərizə vərəqəsi
2) İki ədəd 3x4 sm fotoşəkil
3) İmtahan üçün ödəniş haqqı
 
Yuxarıda sadalanan sənədləri hazırlayaraq, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.
 
N1: 30 AZN
N2: 30 AZN
N3: 25 AZN
N4: 25 AZN
N5: 25 AZN
 
*Qeyd 1: 2025-ci il iyul ayının 6-da keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayanların inrernet vasitəsi ilə müraciəti qəbul olunmur. Lakin gəlib ərizə verə bilən xarici vətəndaşlar imtahan verə biləcəklər.

3. İmtahan proqramı:
İmtahan günü: 2025-cü il 6 iyul (bazar günü)
İmtahan vaxtı: saat 12:00-dan – 16:00-dək
İmtahan yeri: Azərbaycan Dillər Universiteti
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134

İmtahanla bağlı digər məlumatlar və dəyişikliklər olarsa, JLPT Azərbaycan Facebook səhifəsində yayımlanacaqdır. Səhifəni izləməyi unutmayın!