Səfir Vatanabe Katsuyanın 225 nömrəli orta məktəbə səfəri

2024/10/17
eüeüü
16 oktyabr tarixində səfir Vatanabe Katsuya Azərbaycanda yapon dili tədris olunan yeganə orta məktəb-225 saylı tam orta məktəbə səfər etmiş, yapon dili öyrənən şagirdlərə Yaponiyanın coğrafiyası və əsas şəhərləri haqqında prezentasiya etmişdir.

Şagirdlər səfirə Yaponiya həyatı, təhsili və digər mövzularda müxtəlif suallar vermiş, sual-cavab sessiyası baş tutmuşdur. Sonda səfir şagirdlər ilə kollektiv şəkil çəkdirmişdir.

Yaponiya Səfirliyi olaraq bundan sonra da Yaponiya və yapon mədəniyyətinin təbliği istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.