23-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi haqqında məlumat

2025/1/14
23-cü Bakı Yapon Dili Natiqlik müsabiqəsi
Müraciət üçün məlumat
(Müraciət üçün son tarix : 13 fevral)
 
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 23-cü Yapon Dili Natiqlik Müsabiqəsi üçün müraciət qəbulunu elan edir. Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu və iştirakçı seçimi aşağıda qeyd olunan qaydalar əsasında həyata keçiriləcəkdir.Yapon dilini bilən hər kəsdən bu şansdan istifadə edərək öz yapon dili biliklərini nümayiş etdirməklərini gözləyirik.
 
Tarix: 1 mart, 2025-ci il (şənbə) 
Saat: 13:00- 16:30
Məkan: Bakı Dövlət Universiteti
 *Dəqiq məkan daha sonra bildiriləcəkdir.
Təşkilatçı: Bakı Dövlət Universiteti
Dəstək: Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
 
  1. Kimlər iştirak edə bilər:
  • “Tələbə” kateqoriyası
  • Hal-hazırda universitet və təşkilatçılar tərəfindən qəbul olunan ona uyğun digər qurumlarda yapon dili öyrənən bakalavr pilləsi tələbələri(məhz “yapon dili” ixtisası olması mütləq deyildir)
  • Yapon dili ana dili olmayan və Yaponiyada toplam 90 gündən artıq yaşamamış şəxslər
  • Yaponiyada toplam 90 gündən artıq yaşamış şəxslərin təşkilatçılar tərəfindən təyin olunmuş xüsusi qaydalar çərçivəsində çıxış etməsi mümkün ola bilər. Qeyd: həmin şəxslər yarışmada rəqabətdən kənar olacaqlar.
  • Öncəki illərdə Bakı Yapon Dili Natiqlik Müsabiqələrində 1-ci yeri qazanmamış şəxslər (1-ci yer sahibləri yarışmada iştirak edə bilməzlər.)
  • “Ümumi” kateqoriya
  • Yuxarıda qeyd olunan bakalavr pilləsi tələbələrindən başqa hər kəs (yaş məhdudiyyəti yoxdur).
Qeyd: Bu kateqoriya üzrə iştirak edəcək şəxslər ümumi yarışmadan kənarda, sadəcə iştirak olaraq qatılacaqdır. Bunu öncədən nəzərə almağınız xahiş olunur.

İştirakçıların seçilməsi: "Ümumi" kateqoriya üzrə maksimum iştirakçı sayı 5 nəfər, "Tələbə" kateqoriyası üzrə isə 15 nəfərdir (Bakı Dövlət Universiteti 6 nəfər; Azərbaycan Dillər Universiteti 6 nəfər; digər tələbələr 3 nəfər).

 
Buna əsasən təşkilat komitəsi tərəfindən müraciətçilərin seçilməsi həyata keçiriləcəkdir. İştirakçıların seçilməsi müraciətçilərin müraciət zamanı təqdim etdikləri “Müraciət forması” və inşa mətnləri əsasında Bakı Dövlət Universiteti tərəfindən keçiriləcək və seçimlərdən müvəffəq olan şəxslərə ən qısa zamanda Bakı Dövlət Universiteti tərəfindən məlumat bildiriləcəkdir. 
 
  1. Müraciət qaydaları:
  • Müraciət sənədləri:
İnşa mətni faylları üçün qayda:
  • Səhifənin kənarlarının ölçüsünün standart olması (Layout- Margins- Normal)
  • Şrift: Times New Roman
  • Şriftin ölçüsü: 12
  • Faylların adının bu şəkildə olması: “Faylın növü”, “müraciətçi adı” və “mənsub olduğu qurum”
  • Məsələn,(Yapon dilindəki inşa mətni üçün): Speech text_jp_Surname-Name_Keio University
  • Müraciət üçün son tarix: 13 fevral (cümə axşamı)
  • Müraciət üsulu: Yaponiya Səfirliyinin culture-info@bk.mofa.go.jp mail ünvanına yuxarıda qeyd olunmuş sənədləri qoşma şəklində göndərmək. Maildə başlıq olaraq mütləq şəkildə “23-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsinə müraciət (ad və familiyanız)” qeyd etməyiniz xahiş olunur.
 
  1. Müsabiqə haqqında:
  • Mövzu:  Sərbəst
  • Nitq üçün nəzərdə tutulmuş zaman: 5 dəqiqə. 5 dəqiqə 30 saniyədən sonra danışdığınız hər 1 saniyə üçün bir xal çıxılacaqdır. 7-ci dəqiqədə məcburi şəkildə nitqinizi dayandırmağınız bildiriləcəkdir. Nitqin zamanının az olmasına görə xal çıxılmır.
  • Nitq zamanı köməkçi vasitələr: jestlər, şəkil və ya poster kimi ləvazimatlardan istifadə mümkündür. Lakin, power point prezentasiyası, musiqi və ya videolardan istifadəyə icazə verilməyəcəkdir.
  • Sual-cavab sessiyası: Sualı başa düşməyəcəyiniz təqdirdə azərbaycan dilində tərcümə edilərək sizdən yenidən soruşulacaqdır, lakin cavab mütləq şəkildə yalnız yapon dilində qəbul olunacaqdır.
  • Qiymətləndirmə meyarları:
Mövzunun qoyuluşu və təkliflə bağlı problemin anlayışı: həllini təklif edəcəyiniz hər
hansısa problemin və ya məsələnin aydın təsviri və həll yolunun özünəməxsusluğu
  • Təklifin məzmunu: təklifin məzmununun aydınlığı, özünəməxsusluğu və unikallığı, məntiqəuyğunluğu (həll yolu ilə bağlı fikirləriniz və ya təkmilləşdirmə planlarının təsirləri)
  • Nitqin ifadəliliyi: nitqin aydın anlaşılması, təqdimat qabiliyyəti (intonasiya və çıxış zamanı davranış)
  • Suallara cavab: Cavab zamanı tələffüzünün aydın olması və məntiqiliyi