2025-ci il “Nikkensei-Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu başlamışdır (Yaponiyaya getmə: 2025-ci il)

2025/1/24
2025-ci ildə Yaponiyada təhsilin başlayacağı “Nikkensei- Yapon Dili və Yapon Mədəniyyətini tədqiq edən tələbələr” (qısaca, “Nikkensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 24 fevral (bazar ertəsi) olaraq təyin olunmuşdur. Qeyd olunan tarixədək müraciətlərinizi gözləyirik!
 
  1. “Nikkensei” proqramı haqqında
Yaponiyada tədqiqat aparmaqla Yaponiya ilə Azərbaycan arasında körpü rolunu oynayacaq, hər iki ölkə, eyni zamanda dünyada inkişafa töhfə verə biləcək kadrların yetişdirilməsi məqsədi ilə həyata keçirilən və bakalavr pilləsi tələbələri üçün nəzərdə tutulmuş təhsil proqramıdır.


Müraciətçilər aşağıda qeyd olunmuş əsas şərtlərə cavab verməlidirlər:
  • 18-30 yaş arası (1995-ci il 2 aprel- 2007-ci il 1 aprel tarixləri arasında anadan olmuş) şəxslər
  • Azərbaycandakı universitetlərdə yapon dili və yapon mədəniyyəti ixtisası üzrə təhsil alan şəxslər (hal-hazırda Azərbaycanda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetininin yapon dili ixtisası üzrə təhsil alan tələbələri bu proqrama müraciət edə bilərlər)
  • 2025-ci ilin 1 sentyabr tarixinədək universitetdə yapon dili və yapon mədəniyyəti üzrə toplam 1 ildən artıq təhsil müddətinin tamam olması
  • Yaponiyada təhsil alacağı 1 il ərzində və geri döndükdən sonra Azərbaycandakı universitetdə bakalavr pilləsi üzrə qeydiyyatda qalmalı, qayıtdıqdan sonra təhsilinə davam etməli və məzun olmamalıdır.
 2. Müraciət üsulu 
Müraciət etmək istəyən şəxslər aşağıdakı ardıcıllıqla 24 fevraladək proqrama müraciət edə bilərlər.
 
  • Addım 1
Bu səhifədən daxil olaraq “2025-ci il “Nikkensei” Yaponiya Dövlət Təqaüd Proqramına müraciət qaydaları” sənədini diqqətlə oxumaq:
Yapon dilində qaydalar
İngilis dilində qaydalar   
 
  • Addım 2
Proqram haqqında tərtib etdiyimiz “Tez-tez soruşulan suallar” (azərbaycan dilində) hissəsinə nəzər salmaq.
  • Addım 3
“Kursların kataloqu” 「コースガイド」 sənədlərinə (yalnız yapon dilində) diqqətlə nəzər salaraq təhsil almaq istədiyiniz universiteti və proqramı seçməyiniz gərəkdir.
⇒Kataloq siyahısı
⇒Kataloq 1
⇒Kataloq 2
⇒Kataloq 3
⇒Kataloq 4
⇒Kataloq 5
 
★ Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur. 
★Universitet və proqram seçimi zamanı təklif olunan proqramın məzmununun sizin seçəcəyiniz ixtisasa, “Müraciət formasının” 15-ci bəndində qeyd edəcəyiniz “Proqramda təhsil planlarınız” və “Universitet seçiminə dair Müraciət forması” sənədinin 5-ci punktunda qeyd olunan “Kurs seçimi növü- a və ya b”-ə uyğun olmasından əmin olmağınız gərəkdir.
 
  • Addım 4
 
  • Addım 5
24 fevraladək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir.
  • Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur:
    Mailin başlığıMEXT 2025Nikkensei: Ad və Soyadınız
  • Yuxarıda qeyd olunan culture-info@bk.mofa.go.jp mail ünvanına yalnız 10MB-dək ölçüsü olan maillər daxil olur. Odur ki, sənədləri göndərən zaman mailin həcminin 10MB-dan artıq olmamasına nəzər yetirməyiniz gərəkdir. Əgər 10MB-dan çox olarsa, müraciətinizi bir neçə mailə bölərək (maillərin mətnində ad və familiyanızı , Müraciət etdiyiniz proqramın adını və mailin nömrəsini qeyd etmək) göndərməyiniz xahiş olunur.
  • Müraciət sənədlərinin orijinallarını itirməməyiniz gərəkdir. Sənəd qəbulu mərhələsindən keçəcək şəxslərin müraciət sənədlərinin orijinal və surətlərini yazılı imtahan zamanı özləri ilə səfirliyə gətirməkləri xahiş olunur.
  • Hər hansısa bir səbəbdən “Sağlamlıq haqqında arayış” və ya universitet tərəfindən təqdim olunacaq sənədlərin əldə olunmasında problem yaranarsa, öncədən səfirlik ilə əlaqə saxlamağınız xahiş olunur.
 
  • Addım 6
Siz müraciət sənədlərinizi mail ilə göndərdikdən sonra, 2 iş günü ərzində səfirlik tərəfindən “müraciətçi nömrəniz”  qeyd olunan təsdiq maili göndəriləcəkdir. Əgər sizə təsdiq maili gəlməzsə, həftəiçi iş günləri saat 10:00-13:00 aralığında səfirliyin(+99412-4907818)nömrələri ilə əlaqə saxlayaraq məlumat bildirməyiniz xahiş olunur. Zəng etdiyiniz zaman məsul şəxs yerində olmazsa, səfirlik tərəfindən sizinlə daha sonra əlaqə saxlanılacaqdır. Odur ki, zənginiz zamanı “Adınız və əlaqə nömrənizi” mütləq olaraq qeyd etməyinizi xahiş edirik.
 
Qeyd: Sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
 
  1. Cədvəl
 
2025 Yanvar  24 Sənəd qəbulunun başlanması
      Fevral  24   Sənəd qəbulunun son tarixi
 27 Sənəd seçim mərhələsinin nəticələrinin elanı
Mart  3 Yazılı imtahan (yapon dili üzrə)
MEXT digər proqramları üzrə nümunə imtahan sualları üçün bu linkə nəzər sala bilərsiniz:
https://studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/index.html
 4 Yazılı imtahan nəticələrinin elanı
 6 Müsahibə
 7 Müsahibədən müvəffəq olan şəxslərin (1-ci seçim mərhələsindən keçmiş) elanı
İyunun ortaları MEXT tərəfindən seçimlər və 2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı
İyul-avqust  Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması
Sentyabr-oktyabr   Proqram qaliblərinin Yaponiyada təhsillərinin başlanması