2025-ci il “Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu başlamışdır (Yaponiyada təhsilin başlanması: 2025-ci il, sentyabr-oktyabr ayları)
2025/1/24
2025-ci ildə Yaponiyada təhsilin başlayacağı “Kyokensei-Gənc müəllimlər üçün təlim” (qısaca, “Kyokensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 24 fevral (bazar ertəsi) olaraq təyin olunmuşdur. Qeyd olunan tarixədək müraciətlərinizi gözləyirik!
Müraciətçilər bu şərtlərə cavab verməlidir:
Yapon dilində qaydalar
İngilis dilində qaydalar
⇒ Kataloq Mündəricat (yapon dilində)
⇒ Kataloq 1 (yapon dilində)
⇒ Kataloq 2 (yapon dilində)
⇒ Kataloq Mündəricat (ingilis dilində)
⇒ Kataloq 1 (ingilis dilində)
⇒ Kataloq 2 (ingilis dilində)
★ Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur.
★Universitet və proqram seçimi zamanı təklif olunan proqramın məzmununun sizin seçəcəyiniz ixtisasa, “Müraciət formasının” 20-ci bəndində qeyd edəcəyiniz “Tədqiqat planlarınız” ilə uyğun olmasına diqqət yetirməyinizi xahiş edirik.
24 fevral tarixinədək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir.
Qeyd: Sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
- “Kyokensei” proqramı haqqında məlumat
Müraciətçilər bu şərtlərə cavab verməlidir:
- 2 aprel 1990-ci il tarixindən sonra anadan olmuş şəxslər
- Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2025-ci il 1 oktyabr tarixinə qədər yaşadığı ölkənin ümumtəhsil müəssisələrində 5 ildən artıq müəllimlik təcrübəsinə malik olan şəxslər. Qeyd: Universitet müəllimi kimi fəaliyyət göstərən şəxslər bu proqrama müraciət edə bilməz.
- Müraciət üsulu
- Addım 1
Yapon dilində qaydalar
İngilis dilində qaydalar
- Addım 2
- Addım 3
⇒ Kataloq Mündəricat (yapon dilində)
⇒ Kataloq 1 (yapon dilində)
⇒ Kataloq 2 (yapon dilində)
⇒ Kataloq Mündəricat (ingilis dilində)
⇒ Kataloq 1 (ingilis dilində)
⇒ Kataloq 2 (ingilis dilində)
★ Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur.
★Universitet və proqram seçimi zamanı təklif olunan proqramın məzmununun sizin seçəcəyiniz ixtisasa, “Müraciət formasının” 20-ci bəndində qeyd edəcəyiniz “Tədqiqat planlarınız” ilə uyğun olmasına diqqət yetirməyinizi xahiş edirik.
- Addım 4
- Bu linklərdən daxil olaraq “Müraciət forması” və “Təhsil almaq istədiyiniz universitetlərə dair Seçim Forması” və “Sağlamlıq haqqında arayış” sənədlərini yükləyib doldurmağınız xahiş olunur.
- Müraciət üçün lazım olan sənədlərin tam siyahısına “Application Guidelines” (募集要項) sənədinin 6-cı səhifəsindən (sənədlərin arasında hazır formatları olan, qeyd olunan linkdən yükləyib doldurmalı olduğunuz, universitet və ya digər qurumlardan əldə etməli olduğunuz sənədlər vardır) nəzər sala bilərsiniz.
- Addım 5
24 fevral tarixinədək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir.
- Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur:
Mailin başlığı:MEXT 2025 Kyokensei: Ad və Soyadınız - Yuxarıda qeyd olunan culture-info@bk.mofa.go.jp mail ünvanına yalnız 10MB-dək ölçüsü olan maillər daxil olur. Odur ki, sənədləri göndərən zaman mailin həcminin 10MB-dan artıq olmamasına nəzər yetirməyiniz gərəkdir. Əgər 10MB-dan çox olarsa, müraciətinizi bir neçə mailə bölərək (maillərin mətnində ad və familiyanızı, Müraciət etdiyiniz proqramın adını və mailin nömrəsini qeyd etmək) göndərməyiniz xahiş olunur.
- Müraciət sənədlərinin orijinallarını itirməməyiniz gərəkdir. Sənəd qəbulu mərhələsindən keçəcək şəxslərin müraciət sənədlərinin orijinal və surətlərini yazılı imtahan zamanı özləri ilə səfirliyə gətirməkləri xahiş olunur.
- Hər hansısa bir səbəbdən “Sağlamlıq haqqında arayış” və ya universitet tərəfindən təqdim olunacaq sənədlərin əldə olunmasında problem yaranarsa, öncədən səfirlik ilə əlaqə saxlamağınız xahiş olunur.
- Addım 6
Qeyd: Sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
- Cədvəl
2025 | Yanvar | 24 | Sənəd qəbulunun başlanması |
Fevral |
24 | Sənəd qəbulunun son tarixi | |
27 | Sənəd seçim mərhələsinin nəticələrinin elanı | ||
Mart |
3 | Yazılı imtahan (yapon dili və ingilis dili) MEXT digər proqramları üzrə nümunə imtahan sualları üçün bu linkə nəzər sala bilərsiniz: https://studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/index.html |
|
4 | Yazılı imtahan nəticələrinin elanı | ||
6 | Müsahibə | ||
7 | Müsahibədən müvəffəq olan şəxslərin (1-ci seçim mərhələsindən keçmiş) elanı | ||
İyunun ortaları | MEXT tərəfindən seçimlər və 2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı | ||
İyul-avqust | Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması | ||
Sentyabr-oktyabr | Proqram qaliblərinin Yaponiyada təhsillərinin başlanması |