23-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmişdir

2025/3/4
676
1 mart tarixində Bakı Dövlət Universitetində (Bakı Dövlət Universitetinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşlığı və Itochu Corporation, Toyota Bakı Mərkəzi və Phin Tokyo Plazanın dəstəyi ilə) 23-cü Bakı Yapon Dili Natiqlik Müsabiqəsi keçirilmişdir.
 
Cəmi 13 nəfər ("Tələbə" kateqoriyası: Bakı Dövlət Universitetindən 6 nəfər, Azərbaycan Dillər Universitetindən 2 nəfər, Azərbaycan İqtisad Universitetindən 1 nəfər, Dövlət İdarəçilik Akademiyasından 1 nəfər və "Ümumi" kateqoriya: 3 nəfər) iştirak edərək, öz gündəlik məşqlərini və dil bacarıqlarını nümayiş etdirmişlər.  

Bu müsabiqədə Məryəm Xocanəzərzadə (inşa mövzusu: “Ailənin Qəhrəmanı”) atasının həyatından bəhs edən çıxışı ilə birinci yerə layiq görülmüşdür.
 
Yaponiyanın Azərbaycandakı Səfirliyi olaraq bundan sonra da yapon dilinin Azərbaycanda təbliği istiqamətində fəaliyyətimizi davam etdirməyi düşünürük.
 
67676