19-cu Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi haqqında

2025/4/21
Hal-hazırda “19-cu Yaponiya Beynəlxalq Manqa Müsabiqəsi”-nin İcracı Təşkilatı tərəfindən müsabiqəyə müraciətlərə start verilmişdir.
 
Müraciətlərin arasında ən çox rəğbət qazanmış manqa əsərinin sahibi “Ən yaxşı Yaponiya Beynəlxalq Manqa əsəri mükafatı”, bundan başqa, seçilmiş üç əsər sahibi isə “Yaxşı Yaponiya Beynəlxalq Manqa əsəri mükafatı”-na layiq görüləcəkdir və beləliklə, cəmi 11 ədəd mükafat nəzərdə tutulmuşdur. Əlavə olaraq, mükafat qismində mükafatlandırma mərasimindən əlavə “ən yaxşı” və “yaxşı əsərlər mükafatı” qazanmış şəxslər təxmini 7 günlük Yaponiyaya dəvət olunacaqlar.

Müraciətlərlərin qəbulu: 2025-ci il 17 aprel (cümə axşamı) tarixindən 30 iyun (bazar ertəsi, Yaponiya saatı ilə) tarixinədək
Müraciət qaydalarına diqqətlə nəzər yetirməyiniz xahiş olunur.
 
Müraciət forması: https://forms.office.com/r/NuzdMHUiWp 
Müraciətinizi bitirdikdən sonra, yaşadığınız ölkədəki Yaponiya Səfirliyi və ya Konsulluğu tərəfindən mailinizə göndəriləcək URL-ə daxil olaraq öz manqa əsərinizi həmin linkə yükləməyiniz gərəkdir.
 
Müraciət qaydaları ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
(Yapon dili)https://www.manga-award.mofa.go.jp/application/19/index.html
(İngilis dili)https://www.manga-award.mofa.go.jp/en/application/19/index.html
 
Beynəlxalq Manqa Mükafatı haqqında məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz.
(Yapon dili)https://www.manga-award.mofa.go.jp/index.html
(İngilis dili)https://www.manga-award.mofa.go.jp/index_e.html

 Müraciətlərinizi səbrsizliklə gözləyirik!