Səfir Vatanabe Katsuyanın Naxçıvan Muxtar Respublikasına səfəri

2025/5/20
656
15 may tarixində səfir Vatanabe Katsuya Naxçıvan Muxtar Respublikasına səfər etmiş və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirmişdir.

Tərəflər Yaponiya ilə Naxçıvan Muxtar Respublikası arasında indiyə qədər formalaşmış yaxşı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirmiş və müxtəlif sahələrdə qarşılıqlı əlaqə və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlmişlər.

Rəsmi görüşlə yanaşı, səfir Vatanabe Katsuya Heydər Əliyev Muzeyi, “Duzdağ” Fizioterapiya Mərkəzi və digər obyektləri də ziyarət etmişdir.
6565