Səfir Vatanabe Katsuyanın Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə ilə görüşü

2025/9/18
ytyty
16 sentyabr tarixində səfir Vatanabe Katsuya Milli Məclisi ziyarət etmiş, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə ilə görüşmüşdür.
 
Hər iki tərəf, ölkələrimiz arasındakı münasibətlərin 30 ildən artıq müddətdə uğurla inkişaf etdiyini təsdiqləmiş və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd etmişdir.
 
Görüş zamanı qarşılıqlı maraq doğuran sahələr haqqında fikir mübadiləsi aparılmışdır.