2025-ci il “MİRAİ- qısamüddətli Yaponiya Mübadilə Proqramı” üçün müraciətlərin qəbulu (Sənəd qəbulu üçün son tarix: 15 oktyabr 2025-ci il, Azərbaycan vaxtı ilə saat 05:00-a qədər (Yaponiya vaxtı ilə saat 10:00))
2025/10/3
2025-ci il “MİRAİ- qısamüddətli Yaponiya Mübadilə Proqramı” üçün müraciətlərin qəbulu
(Sənəd qəbulu üçün son tarix: 15 oktyabr 2025-ci il, Azərbaycan vaxtı ilə saat 05:00-a qədər (Yaponiya vaxtı ilə saat 10:00))
(Sənəd qəbulu üçün son tarix: 15 oktyabr 2025-ci il, Azərbaycan vaxtı ilə saat 05:00-a qədər (Yaponiya vaxtı ilə saat 10:00))
Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan daxil olmaqla, bir çox Avropa ölkələrininin 20-30 yaş aralığında olan fəal gənclərin (bakalavr/magistr tələbələri və ya işləyən şəxsləri) Yaponiya haqqında bilik və anlayışlarının artırılması məqsədiylə həyata keçirilən “MIRAI” proqramına iştirakçı qəbulunu elan edir. 2015-ci ildən bəri həyata keçirilən “MIRAI” proqramının əsas məqsədi “Yaponiya ilə Dostluq və Mübadilə Proqramı” olaraq, Yaponiya ilə müxtəlif dünya ölkələri insanları arasında qarşılıqlı mübadilənin təşviqi və Yaponiyanın iqtisadiyyatı, cəmiyyəti, tarixi, zəngin mədəniyyəti, diplomatik əlaqələri və digər sahələr barədə məlumatlılığın artırılmasıdır.
Mübadilə Proqramının aşağıdakı mərhələlərdə keçiriləcəkdir:
- Onlayn hazırlıq proqramı(təxminən 2025-ci ilin noyabr ayında)
- Yaponiyaya səfərdən təxminən iki həftə əvvəl keçiriləcək səfəröncəsi orientasiya
- 2026-cı il 14 yanvar- (çərşənbə) 20 yanvar (çərşənbə axşamı) tarixləri arasında Yaponiyaya səfər (Tokioda 4 gün, digər şəhərdə 2 gün)
1. Proqramın Mövzusu və Məzmunu
Azərbaycandan qatılacaq iştirakçılar üçün proqramın mövzusu “Qanunun Aliliyi” olacaq.
Proqrama Yaponiyanın aparıcı universitetlərində mövzu ilə bağlı mühazirələr, yapon tələbələrlə müzakirələr, elmi-tədqiqat müəssisələrinə və digər qurumlara səfərlər və oradakı nümayəndələrlə fikir mübadiləsi kimi fəaliyyətlər daxildir. Bu proqram vasitəsilə iştirakçılara Yaponiya hüquq sistemi və qanunvericilik sahəsi haqqında biliklərini dərinləşdirmək imkanı təqdim olunur. Eyni zamanda, Yaponiyanın tarixi və mədəniyyəti ilə tanış olmaq üçün bölgələrə səfərlər də proqram çərçivəsində planlaşdırılır.
Proqram iştirakçıları üçün qarşılanan xərclər:
- Gediş-gəliş aviabileti (ekonom sinif; istəyənlər öz hesabına biznes sinfə dəyişə bilərlər)
- Səyahət sığortası
- Yaponiyada qalma xərcləri
- Yaponiya daxili nəqliyyat xərcləri
- Yemək xərcləri
- Muzey və digər obyektlərə giriş haqları
Müraciətçilər üçün əsas şərtlər:
- “MIRAI” proqramının məqsədini başa düşmək və hazırlıq mərhələsindən başlayaraq, Yaponiyada səfər zamanı və geri döndükdən sonra sosial media və ya digər vasitələrlə Yaponiyanın gözəllikləri haqqında məlumat paylaşmaq (bu paylaşımlar Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə də bölüşülməlidir)
- Azərbaycandakı universitetlərdə bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr, və ya dövlət və özəl sektorda hüquqla bağlı sahələrdə çalışan 20-30 yaş arası gənclər
- İngilis dilində sərbəst müzakirə aparmaq bacarığı
- Yüksək akademik göstəricilər
- Qeyd: Daha əvvəl 6 aydan çox Yaponiyada yaşamış və ya Yaponiya hökumətinin təqaüd proqramı ilə Yaponiyaya səfər etmiş şəxslər bu proqram üçün müraciət edə bilməzlər.
Xüsusi Qeyd: Hüquq, beynəlxalq münasibətlər, sosial siyasət, iqtisadiyyat və biznes idarəçiliyi fakültələrində təhsil alan, hüquq sahəsində elmi-tədqiqat işi aparan tələbələr və ya bu sahədə iş təcrübəsi olan şəxslərin müraciət etməsi xüsusilə təşviq olunur.
Ətraflı məlumat və müraciət şərtləri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
👉 https://jice.viewer.kintoneapp.com/public/mirai-appform2025/detail/...
3. Müraciət Prosesi
İştirak etmək istəyən şəxslər proqramın ümumi məlumatları və müraciət şərtlərini diqqətlə oxuduqdan sonra saytda yerləşdirilmiş müraciət formasını doldurmalıdırlar.
Əgər müraciət forması ilə bağlı texniki və ya digər problemlər yaranarsa, birbaşa proqram təşkilatçılarına e-poçt vasitəsilə (yapon və ya ingilis dilində) müraciət edə bilərsiniz:
📧 mirai@jice.org
※ Bu müraciət formasında müraciət üçün tələb olunan məlumatlar, motivasiya məktubu və s. yer alır.
※ Müraciət forması vasitəsilə, Yaponiyanın Xarici İşlər Nazirliyi tərəfindən tələb olunan sənədləri — pasportun surəti, akademik transkript, razılıq sənədi və digər sənədləri yükləmək mümkündür.
4. Təqvim
Tarix | Proses |
---|---|
15 oktyabr 2025 | Müraciət üçün son tarix |
16 oktyabr 2025 | Səfirlikdə ilkin seçim mərhələsi başlayır |
14 noyabr 2025 | Təşkilatçılar tərəfindən qəbul və ya imtina barədə bildiriş |
14-20 yanvar 2026 | Yaponiyaya səfər |
Sizi bu beynəlxalq mübadilə proqramında iştirak etməyə dəvət edirik!
Müraciətlərinizi səbirsizliklə gözləyirik!