Azərbaycanlı yapon dili müəlliminə orden verilməsi haqqında qərar
2025/11/3
                        
                        2025-ci il noyabrın 3-də Yaponiya hökuməti 2025-ci ilin payız mövsümündə xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət təltiflərinin laureatlarını elan etmiş və Azərbaycan tərəfindən aşağıdakı şəxs təltif olunmuşdur:
 
Esmira Məmmədova — Telman Abbasov adına 225 nömrəli məktəbin yapon dili müəllimi
Təltif olunduğu orden: Gümüş Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays)
Xidmətləri: Azərbaycanda yapon dili təhsilinin inkişafına və Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi töhfəyə görə.
 
Xarici vətəndaşlara verilən ordenlər, Yaponiya ilə dostluğun möhkəmlənməsi və digər sahələrdə göstərilən mühüm xidmətlərə görə, Yaponiya İmperatorunun adından təqdim olunur.
Yaxın gələcəkdə Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən laureata orden və təltif sənədi təqdim ediləcəkdir.