Səfir Vatanabe Katsuyanın Qobustan səfəri
2025/11/19
18 noyabr tarixində Səfir Vatanabe Katsuya Qobustan rayonuna səfər etmiş, Qobustan rayonu icra hakimiyyətinin başçısı Adil Məmmədov ilə görüşmüşdür. Bu görüş həmin rayonda icra olunmuş “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı layihəsinin təqdimat mərasimində iştirak məqsədilə olan səfər zamanı baş tutmuşdur.
İcra hakimiyyətinin başçısı Adil Məmmədov rayona səfərlə bağlı təşəkkürünü bildirmiş və Qobustan rayonu ilə Yaponiya arasında əvvəlki səfirlərin zamanından sıx əlaqələrin qurulduğundan öz məmnuniyyətini bildirmişdir. Həmçinin, kənd təsərrüfatı mütəxəssisi olan Başçı, Qobustan rayonunun taxıl ilə özünü təminat səviyyəsinin 100% olduğunu, son zamanlarda nar istehsalının artdığını bildirərək, Qobustan rayonunun kənd təsərrüfatı ilə bağlı məlumat vermişdir.
Səfir Katsuya Vatanabe paytaxt Bakıya məsafə baxımından yaxın olan Qobustan rayonunun zəngin turizm və kənd təsərrüfatı potensialının olduğunu və bu səfərin yeni əlaqələrin başlanğıcı olacağına ümid etdiyini bildirmişdir.