2026-ci il “Nikkensei-Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu başlamışdır
2026/1/12
2026-ci il “Nikkensei-Yapon Dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu başlamışdır
(Yaponiyaya getmə: 2026-ci il)
(Yaponiyaya getmə: 2026-ci il)
2026-ci ildə Yaponiyada təhsilin başlayacağı “Nikkensei- Yapon Dili və Yapon Mədəniyyətini tədqiq edən tələbələr” (qısaca, “Nikkensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 13 fevral (cümə) olaraq təyin olunmuşdur. Qeyd olunan tarixədək müraciətlərinizi gözləyirik!
- “Nikkensei” proqramı haqqında
Müraciətçilər aşağıda qeyd olunmuş əsas şərtlərə cavab verməlidirlər:
- 1996-ci il 2 aprel- 2008-ci il 1 aprel tarixləri arasında anadan olmuş şəxslər
- Azərbaycandakı universitetlərdə yapon dili və yapon mədəniyyəti ixtisası üzrə təhsil alan şəxslər (hal-hazırda Azərbaycanda yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetininin yapon dili ixtisası üzrə təhsil alan tələbələri bu proqrama müraciət edə bilərlər)
- 2026-ci ilin 1 sentyabr tarixinədək universitetdə yapon dili və yapon mədəniyyəti üzrə toplam 1 ildən artıq təhsil müddətinin tamam olması
- Yaponiyada təhsil alacağı 1 il ərzində və geri döndükdən sonra Azərbaycandakı universitetdə bakalavr pilləsi üzrə qeydiyyatda qalmalı, qayıtdıqdan sonra təhsilinə davam etməli və məzun olmamalıdır.
- Müraciət üsulu
- Addım 1
Yapon dilində qaydalar
İngilis dilində qaydalar
- Addım 2
- Addım 3
⇒Kataloq siyahısı
⇒Kataloq 1
⇒Kataloq 2
⇒Kataloq 3
⇒Kataloq 4
⇒Kataloq 5
★ Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur.
★Universitet və proqram seçimi zamanı təklif olunan proqramın məzmununun sizin seçəcəyiniz ixtisasa, “Müraciət formasının” 16-cı bəndində qeyd edəcəyiniz “Proqramda təhsil planlarınız” və “Universitet seçiminə dair Müraciət forması” sənədinin 5-ci punktunda qeyd olunan “Kurs seçimi növü- a və ya b”-ə uyğun olmasından əmin olmağınız gərəkdir.
- Addım 4
- Bu linklərdən daxil olaraq “Müraciət forması” və “Təhsil almaq istədiyiniz universitetlərə dair Seçim Forması” və “Sağlamlıq haqqında arayış” sənədlərini yükləyib doldurmağınız xahiş olunur.
- Müraciət üçün lazım olan sənədlərin tam siyahısına “Application Guidelines” (募集要項) sənədinin 6-7-ci səhifələrindən (sənədlərin arasında hazır formatları olan, qeyd olunan linkdən yükləyib doldurmalı olduğunuz, universitet və ya digər qurumlardan əldə etməli olduğunuz sənədlər vardır) nəzər sala bilərsiniz.
- Addım 5
- Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur:
Mailin başlığı:MEXT 2026Nikkensei: Ad və Soyadınız - Yuxarıda qeyd olunan culture-info@bk.mofa.go.jp mail ünvanına yalnız 10MB-dək ölçüsü olan maillər daxil olur. Odur ki, sənədləri göndərən zaman mailin həcminin 10MB-dan artıq olmamasına nəzər yetirməyiniz gərəkdir. Əgər 10MB-dan çox olarsa, müraciətinizi bir neçə mailə bölərək (maillərin mətnində ad və familiyanızı , Müraciət etdiyiniz proqramın adını və mailin nömrəsini qeyd etmək) göndərməyiniz xahiş olunur.
- Müraciət sənədlərinin orijinallarını itirməməyiniz gərəkdir. Sənəd qəbulu mərhələsindən keçəcək şəxslərin müraciət sənədlərinin orijinal və surətlərini yazılı imtahan zamanı özləri ilə səfirliyə gətirməkləri xahiş olunacaqdır.
- Hər hansısa bir səbəbdən “Sağlamlıq haqqında arayış” və ya universitet tərəfindən təqdim olunacaq sənədlərin əldə olunmasında problem yaranarsa, öncədən səfirlik ilə əlaqə saxlamağınız xahiş olunur.
- Addım 6
Qeyd: Sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
- Cədvəl
| 2025 | Yanvar | 13 | Sənəd qəbulunun başlanması |
| Fevral |
13 | Sənəd qəbulunun son tarixi | |
| 19 | Sənəd seçim mərhələsinin nəticələrinin elanı | ||
| 25 | Yazılı imtahan MEXT digər proqramları üzrə nümunə imtahan sualları üçün bu linkə nəzər sala bilərsiniz: https://studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/index.html |
||
| 27 | Yazılı imtahan nəticələrinin elanı | ||
| Mart | 3 | Müsahibə | |
| 4 | Müsahibədən müvəffəq olan şəxslərin (1-ci seçim mərhələsindən keçmiş) elanı | ||
| İyunun ortaları | MEXT tərəfindən seçimlər və 2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı | ||
| İyul-avqust | Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması | ||
| Sentyabr-oktyabr | Proqram qaliblərinin Yaponiyada təhsillərinin başlanması | ||
