2026-cı il “Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu başlamışdır
2026/1/12
2026-cı il “Kyokensei- Gənc müəllimlər üçün təlim” Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu başlamışdır
(Yaponiyada təhsilin başlanması: 2026-cı il, sentyabr-oktyabr ayları)
(Yaponiyada təhsilin başlanması: 2026-cı il, sentyabr-oktyabr ayları)
2026-cı ildə Yaponiyada təhsilin başlayacağı “Kyokensei-Gənc müəllimlər üçün təlim” (qısaca, “Kyokensei”) proqramına sənəd qəbulu başlanmışdır. Proqrama müraciət üçün son tarix 13 fevral (cümə) olaraq təyin olunmuşdur. Qeyd olunan tarixədək müraciətlərinizi gözləyirik!
- “Kyokensei” proqramı haqqında məlumat
Müraciətçilər bu şərtlərə cavab verməlidir:
- 2 aprel 1991-ci il tarixindən sonra anadan olmuş şəxslər
- Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2026-cı il 1 oktyabr tarixinə qədər yaşadığı ölkənin ümumtəhsil müəssisələrində 5 ildən artıq müəllimlik təcrübəsinə malik olan şəxslər. Qeyd: Universitet müəllimi kimi fəaliyyət göstərən şəxslər bu proqrama müraciət edə bilməz.
- Müraciət üsulu
- Addım 1
Yapon dilində qaydalar
İngilis dilində qaydalar
- Addım 2
- Addım 3
⇒ Kataloq Mündəricat
⇒ Kataloq 1
⇒ Kataloq 2
★ Təklif olunan bütün proqramlar haqqında ətraflı şəkildə oxumağınız və daha sonra özünüzə ən uyğun seçimi etməyiniz xahiş olunur.
★Universitet və proqram seçimi zamanı təklif olunan proqramın məzmununun sizin seçəcəyiniz ixtisasa, “Müraciət formasının” 21-ci bəndində qeyd edəcəyiniz “Tədqiqat planlarınız” ilə uyğun olmasına diqqət yetirməyinizi xahiş edirik.
- Addım 4
- Bu linklərdən daxil olaraq “Müraciət forması” və “Təhsil almaq istədiyiniz universitetlərə dair Seçim Forması” və “Sağlamlıq haqqında arayış” sənədlərini yükləyib doldurmağınız xahiş olunur.
- Müraciət üçün lazım olan sənədlərin tam siyahısına “Application Guidelines” (募集要項) sənədinin 6-cı səhifəsindən (sənədlərin arasında hazır formatları olan, qeyd olunan linkdən yükləyib doldurmalı olduğunuz, universitet və ya digər qurumlardan əldə etməli olduğunuz sənədlər vardır) nəzər sala bilərsiniz.
- Addım 5
13 fevral tarixinədək müraciət qaydalarında qeyd olunmuş bütün lazımlı sənədləri PDF formatında səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına göndərməyiniz gərəkdir.
- Mailin başlığını aşağıdakı şəkildə yazmağınız xahiş olunur:
Mailin başlığı:MEXT 2026 Kyokensei: Ad və Soyadınız - Yuxarıda qeyd olunan culture-info@bk.mofa.go.jp mail ünvanına yalnız 10MB-dək ölçüsü olan maillər daxil olur. Odur ki, sənədləri göndərən zaman mailin həcminin 10MB-dan artıq olmamasına nəzər yetirməyiniz gərəkdir. Əgər 10MB-dan çox olarsa, müraciətinizi bir neçə mailə bölərək (maillərin mətnində ad və familiyanızı, Müraciət etdiyiniz proqramın adını və mailin nömrəsini qeyd etmək) göndərməyiniz xahiş olunur.
- Müraciət sənədlərinin orijinallarını itirməməyiniz gərəkdir. Sənəd qəbulu mərhələsindən keçəcək şəxslərin müraciət sənədlərinin orijinal və surətlərini yazılı imtahan zamanı özləri ilə səfirliyə gətirməkləri xahiş olunur.
- Hər hansısa bir səbəbdən “Sağlamlıq haqqında arayış” və ya universitet tərəfindən təqdim olunacaq sənədlərin əldə olunmasında problem yaranarsa, öncədən səfirlik ilə əlaqə saxlamağınız xahiş olunur.
- Addım 6
Qeyd: Sənədlərdə çatışmamazlıq olarsa, müraciətiniz qəbul olunmayacaqdır.
- Cədvəl
| 2026 | Yanvar | 13 | Sənəd qəbulunun başlanması |
| Fevral |
13 | Sənəd qəbulunun son tarixi | |
| 19 | Sənəd seçim mərhələsinin nəticələrinin elanı | ||
| 25 | Yazılı imtahan MEXT digər proqramları üzrə nümunə imtahan sualları üçün bu linkə nəzər sala bilərsiniz: https://studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/index.html |
||
| 27 | Yazılı imtahan nəticələrinin elanı | ||
| Mart |
3 | Müsahibə | |
| 4 | Müsahibədən müvəffəq olan şəxslərin (1-ci seçim mərhələsindən keçmiş) elanı | ||
| İyunun ortaları | MEXT tərəfindən seçimlər və 2-ci seçim mərhələsindən keçmiş şəxslərin elanı | ||
| İyul-avqust | Yekun qərar və təhsil alacağınız universitetin qərarlaşması | ||
| Sentyabr-oktyabr | Proqram qaliblərinin Yaponiyada təhsillərinin başlanması | ||
