Azərbaycanlı yapon dili müəlliminə orden təqdimolunma mərasimi keçirilmişdir

2026/2/2
343434
30 yanvar tarixində Yaponiyanın Azərbaycandakı Səfirinin İgamətgahında aşağıdakı şəxsə orden təqdimolunma mərasimi keçirilmişdir.
 
Esmira Məmmədova: Telman Abbasov adına 225 nömrəli tam orta məktəbdə yapon dili müəllimi
Təltif olunduğu orden: Gümüş Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays)
Xidmətləri: Azərbaycanda yapon dili təhsilinin inkişafına və Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi töhfəyə görə.
 
Təqdimetmə mərasimində səfir Vatanabe Katsuya təbrik nitqi söyləmiş, təltif diplomu və orden nişanı təqdim edildikdən sonra təltif olunan şəxs tərəfindən təşəkkür nitqi səslənmişdir.
 
Azərbaycan hökuməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu iştirak etmiş, təbrik nitqi ilə çıxış etməklə yanaşı, ikitərəfli münasibətlərin inkişafında təhsil və mədəni mübadilənin əhəmiyyətini vurğulamışdır.
 
Yaponiyanın Azərbaycandakı Səfirliyi Esmira xanımın Yaponiya–Azərbaycan münasibətlərinin inkişafına verdiyi çoxsaylı töhfə və göstərdiyi əməkdaşlığa görə bir daha minnətdarlığını bildirir və bu təltif münasibətilə səmimi-qəlbdən təbrik edir.