5 iyul 2026-cı il Yapon Dili Səviyyə İmtahanı (JLPT) haqqında məlumat
2026/2/26
5 iyul, 2026-cı il Yapon Dili Səviyyə İmtahanı (JLPT) haqqında məlumat
Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 5 iyul, 2026-cı il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat ilə aşağıda tanış ola bilərsiniz. Əlavə məlumat almaq istəyənlər JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: jlptazerbaijan@gmail.com;
Facebook URL: https://www.facebook.com/JLPTazerbaijan/
1. İmtahan üçün müraciət
İmtahan üçün ərizə vərəqəsini əldə etmək istəyən şəxslərin nəzərinə!
İmtahana müraciət üçün lazım olan ərizə vərəqəsinin qiyməti 1 AZN təşkil edir.
[Müraciət müddəti və günləri] 10.03.2026 – 01.04.2026-cı il aralığında, günlər isə 10, 11, 12, 13, 16, 17,18, 19, 31 mart və 1 aprel tarixləri olacaq.
[Ərizə qəbulu saatları]
10, 11, 12, 13, 16, 17,18, 19, 31 mart tarixlərində: saat 11:00 ~15:00 aralığında;
1 aprel tarixində isə saat 11:00 ~16:00-dək
[Müraciət yeri] Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə
2. Müraciət qaydası və lazımı sənədlər
1) Doldurulmuş ərizə vərəqəsi
2) İki ədəd 3x4 sm fotoşəkil
3) İmtahan üçün ödəniş haqqı
Qeyd: Yuxarıda sadalanan sənədləri hazırlayaraq, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, bu ildən (2026-cı ildən) imtahan qiymətlərində dəyişiklik olub və ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir. Bunları nəzərə almağınızı xahiş edirik.
N1: 80 AZN
N2: 70 AZN
N3: 50 AZN
N4: 50 AZN
N5: 50 AZN
*Qeyd: 2026-cı il iyul ayının 5-də keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayanların internet vasitəsi ilə müraciəti qəbul olunmur. Lakin, gəlib ərizə verə bilən xarici vətəndaşlar imtahanda iştirak edəcəkdir.
3. İmtahan cədvəli:
İmtahan günü: 2026-cı il 5 iyul (bazar günü)
İmtahan vaxtı: saat 12:00-dan – 16:00-dək
İmtahan yeri: Azərbaycan Dillər Universiteti
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134
İmtahanla bağlı digər məlumatlar və dəyişikliklər olarsa, JLPT Azərbaycan Facebook səhifəsində yayımlanacaqdır. Səhifəni izləməyi unutmayın!
