Konsulluq şöbəsinin müvəqqəti bağlanması barədə bildiriş

2026/3/13
Orta Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq, Yaponiyanın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsi 16 mart (bazar ertəsi) – 19 mart (cümə axşamı) tarixləri arasında müvəqqəti olaraq bağlı qalacaq.
 
Bundan əlavə, 20 mart (cümə) – 30 mart (bazar ertəsi) tarixləri Azərbaycanda bayram günləri olduğu üçün Səfirlik həmin müddətdə də bağlı olacaq.
 
Təcili hallarda aşağıda göstərilən əlaqə vasitələri ilə müraciət etməyiniz xahiş olunur.
 
Həmçinin, artıq viza müraciəti etmiş şəxslər və ya təcili (※) viza müraciəti olanlar 15 mart (bazar günü) tarixinədək e-poçt vasitəsilə aşağıda göstərilən əlaqə ünvanına müraciət etməlidirlər.
 
(※) Yaponiya hökuməti tərəfindən dəvət olduqda, rəsmi viza tələb olunduqda və ya humanitar səbəblərə görə qaçılmaz hallar olduqda və s.
 
[Əlaqə məlumatı]
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Email: consular@bk.mofa.go.jp