Səfir Vatanabe Katsuyanın Şizuoka prefekturası İto şəhərinə səfəri

2026/4/3
üdeüeü
Səfir Vatanabe Katsuyanın Şizuoka prefekturası İto şəhərinə səfəri
 
25 mart tarixində səfir Vatanabe Katsuya İto şəhərinə səfər edərək, şəhərlə İsmayıllı rayonu arasında əməkdaşlıq barədə İto şəhər meri Sugimoto Kazuya ilə fikir mübadiləsi aparmışdır.
 
Səfir Azərbaycandakı vəziyyət, həmçinin Azərbaycan ilə Yaponiya bələdiyyələri arasındakı əməkdaşlıq haqqında məlumat vermiş, eləcə də İto şəhəri ilə İsmayıllı rayonu arasında şagird mübadiləsi çərçivəsində yerli ailələrdə qalma proqramlarının yenidən başlanmasına dəstək göstərməyə hazır olduğunu bildirmişdir.
 
İto şəhəri ilə İsmayıllı rayonu 2013-cü ildə qardaşlaşmış şəhərlər kimi əməkdaşlığa başladıqdan sonra, şagirdlərin qarşılıqlı şəkildə ailələrdə qalması da daxil olmaqla müxtəlif mübadilə proqramları həyata keçirmişdir.