Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən “Ağdaş rayonu Aşağı Nemətabad kəndində Ailə Sağlamlıq Mərkəzinin inşası” layihəsinin təqdimat mərasimi keçirildi

2026/5/21
565765
     Mayın 20-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində inşa olunmuş Ailə Sağlamlıq Mərkəzinin təqdimat mərasimi keçirilmiş, mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya iştirak etmişdir.
  Bu layihə çərçivəsində Yaponiya hökuməti Ailə Sağlamlıq Mərkəzinin inşaatını dəstəkləmiş, TƏBİB isə tibbi avadanlıq və digər ləvazimatlar ilə təmin etmişdir. Nəticə olaraq, Aşağı Nemətabad kəndi və ətraf yaşayış məntəqələrinin sakinləri üçün daha münasib və keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmaq imkanı yaradılmışdır.
  Təqdimat mərasimində Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, TƏBİB və Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri, eləcə də yerli sakinlər iştirak etmiş və yeni Ailə Sağlamlıq Mərkəzinin istifadəyə verilməsini məmnuniyyətlə qarşılamışlar.
  Səfir Vatanabe çıxışı zamanı bölgələrdə səhiyyə xidmətlərinin gücləndirilməsi insanların təhlükəsiz və rahat həyat sürməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, həmçinin bu mərkəzin uşaqlar, yaşlılar və hamilə qadınlar daxil olmaqla çoxsaylı sakinlərin sağlamlığının qorunmasına töhfə verəcəyinə inandığını bildirmişdir.
      Eyni zamanda Azərbaycan tərəfi Yaponiya hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə etmiş və bu mərkəzdən yerli əhalinin rifahı naminə səmərəli şəkildə istifadə olunacağını qeyd etmişdir.
     Yaponiya hökuməti bundan sonra da “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” vasitəsilə yerli icmaların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dəstəyi davam etdirəcəkdir.
gghfhg
gyhgfghfg
rrerere