Konsulluq şöbəsinin müvəqqəti bağlı olması ilə bağlı məlumat

2026/5/22
        Orta Şərqdə vəziyyətin gərginləşməsi və digər amillərin təsiri ilə, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin  Konsulluq şöbəsi ziyarətçilərin təhlükəsizliyi məqsədilə 25 may (bazar ertəsi ) və 26 May (çərşənbə axşamı) tarixinlərində müvəqqəti olaraq bağlı qalacaqdır. 

        Qeyd etmək istərdik ki, 27 may (çərşənbə) tarixindən 29 may (cümə) tarixinədək Azərbaycanda bayram günləri olduğu üçün, Səfirliyimizdə də qeyri- iş günləridir.

         Vizalarla bağlı, diplomatik və xidməti vizalar istisna olmaqla, müraciətlər son dərəcə məhdud şəkildə qəbul edilir.
Aşağıdakı hallarda:
  • Qısa müddətli viza üçün Səfirliyə müraciəti zəruri edən xüsusi hallar olduqda;
  • Yaponiya hökuməti tərəfindən dəvət olduqda;
  • Humanitar baxımdan qaçılmaz hallar mövcud olduqda.
Zəhmət olmasa aşağıdakı e-poçt ünvanına müraciət edərək əvvəlcədən qeydiyyat əldə edin.
Qeydiyyat olmadan, səbəbindən asılı olmayaraq viza müraciətləri qəbul edilmir.

【E-poçt ünvanı】
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi
Email: consular@bk.mofa.go.jp