Səfir Vatanabe Katsuyanın “Azərpoçt” MMC-də görüşü
2026/8/6
28 iyul tarixində səfir Vatanabe Katsuya Azərbaycanda səfərdə olan Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü cənab İşibaşi Miçihiro və Müşavirlər Palatasının keçmiş üzvü Namba Şoci ilə birlikdə “Azərpoçt” MMC-nin baş ofisini ziyarət edərək, şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev və digər rəhbər şəxslərlə fikir mübadiləsi aparmışdır.
Tərəflər poçt xidmətləri də daxil olmaqla logistika sistemləri və onların təkmilləşdirilməsi ilə bağlı texnologiyalar haqqında geniş fikir mübadiləsi aparmış, həmçinin bu sahədə Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.