Səfir Vatanabe Katsuyanın Şəki şəhərinə səfəri
2026/8/6
29 iyul tarixində səfir Vatanabe Katsuya Azərbaycanda səfərdə olan Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü cənab İşibaşi Miçihiro və Müşavirlər Palatasının keçmiş üzvü Namba Şoci ilə birlikdə Şəki şəhərinə səfər edərək şəhərlə tanış olmuş, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər rəsmilərlə fikir mübadiləsi aparmışdır.
Görüş zamanı Şəkinin tarixi, mədəniyyəti və turizm potensialı haqqında məlumat verilmiş, eyni zamanda Yaponiya hökuməti tərəfindən indiyədək həyata keçirilən Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı başda olmaqla müxtəlif layihələrə görə minnətdarlıq ifadə edilmişdir.
Tərəflər ikitərəfli münasibətlərin inkişafında regionlararası əməkdaşlıq və mübadilələrin mühüm rol oynadığını vurğulamış, bu əlaqələrin gələcəkdə də davam etdirilməsi və daha da genişləndirilməsi barədə razılığa gəlmişlər.
Səfər çərçivəsində səfir Vatanabe Katsuya və nümayəndə heyəti Şəki Xan Sarayı başda olmaqla şəhərin tarixi-mədəni irs abidələri ilə tanış olmuş, həmçinin Tarix-Diyarşünaslıq Muzeyini, Şəbəkə Emalatxanasını və Təlim Mərkəzini ziyarət etmişlər.