Səfir Vatanabe Katsuyanın Milli Məclisdə görüşü
2026/8/6
28 iyul tarixində səfir Vatanabe Katsuya Azərbaycanda səfərdə olan Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü cənab İşibaşi Miçihiro və Müşavirlər Palatasının keçmiş üzvü Namba Şoci ilə birlikdə Azərbaycan Respublikası Milli Məclisini ziyarət edərək, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri rəhbəri Əminə Ağazadə və işçi qrupunun üzvü Nizami Səfərov ilə fikir mübadiləsi aparmışdır.
Əminə Ağazadə nümayəndə heyətini salamlayaraq, bu səfərin Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və parlamentlərarası dialoqun inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Yaponiya tərəfi göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə etmiş, Azərbaycanla əməkdaşlığın davam etdirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində qətiyyətini vurğulamışdır. Həmçinin qeyd olunmuşdur ki, qarşılıqlı səfərlər və mübadilələr iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynayır.
Tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın bundan sonra da genişləndirilməsinin vacibliyini bir daha vurğulamışlar.