2026-cı il “MİRAI- qısamüddətli Yaponiya Mübadilə Proqramı” üçün müraciətlərin qəbulu (Sənəd qəbulu üçün son tarix: 31 avqust 2026-cı il, Azərbaycan vaxtı ilə saat 05:00-dək — Yaponiya vaxtı ilə saat 10:00)
2026/8/11
2026-cı il “MİRAI- qısamüddətli Yaponiya Mübadilə Proqramı” üçün müraciətlərin qəbulu
(Sənəd qəbulu üçün son tarix: 31 avqust 2026-cı il, Azərbaycan vaxtı ilə saat 05:00-dək — Yaponiya vaxtı ilə saat 10:00)
(Sənəd qəbulu üçün son tarix: 31 avqust 2026-cı il, Azərbaycan vaxtı ilə saat 05:00-dək — Yaponiya vaxtı ilə saat 10:00)
Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan daxil olmaqla, bir çox Avropa ölkələrindən 20-30 yaş aralığında olan fəal gənclərin (bakalavr/magistr tələbələri və ya işləyən şəxslər) Yaponiya haqqında bilik və anlayışlarının artırılması məqsədiylə həyata keçirilən “MIRAI” proqramına iştirakçı qəbulunu elan edir. 2015-ci ildən etibarən həyata keçirilən “MIRAI” proqramının əsas məqsədi “Yaponiya ilə dostluq mübadiləsi proqramı” çərçivəsində Yaponiya ilə dünyanın müxtəlif ölkələrinin nümayəndələri arasında qarşılıqlı mübadiləni təşviq etmək, həmçinin Yaponiyanın iqtisadiyyatı, cəmiyyəti, tarixi, zəngin mədəniyyəti, diplomatik əlaqələri və digər sahələri haqqında anlayışı dərinləşdirməkdir.
Proqram əvvəlcə onlayn hazırlıq proqramından (2026-cı ilin noyabr ayında keçirilməsi planlaşdırılır) və səfərdən təxminən 2 həftə əvvəl keçiriləcək səfəröncəsi oriyentasiyadan ibarət olacaq. Daha sonra 2026-cı il 1–7 dekabr tarixlərində Yaponiyaya səfər təşkil olunacaq. Proqram tamamilə ingilis dilində keçiriləcək.
1. Proqramın mövzusu və məzmunu
Azərbaycandan olan iştirakçılar üçün proqramın mövzusu “Süni intellekt startapları” olacaq.
Proqrama Yaponiyanın aparıcı universitetlərində mövzu ilə bağlı mühazirələr, yapon tələbələrlə müzakirələr, təhsil və tədqiqat müəssisələrinə səfərlər, eləcə də səfər edilən müəssisələrin nümayəndələri ilə fikir mübadiləsi daxildir.
Bununla yanaşı, proqram çərçivəsində Yaponiyanın tarixi və mədəniyyəti haqqında öyrənmək məqsədilə regionlara səfərlərin də keçirilməsi planlaşdırılır.
Proqram tərəfindən təşkil və ödəniləcək xərclər:
– Yaponiyaya gediş-dönüş aviabilet (ekonom sinif; iştirakçının öz hesabına biznes sinfinə dəyişmək mümkündür);
– səyahət sığortası;
– Yaponiyada qalma xərcləri;
– Yaponiya daxilində nəqliyyat xərcləri;
– yemək xərcləri;
– muzeylərə və digər obyektlərə giriş haqları.
2. Müraciət üçün tələblər
Müraciətçiyə olan əsas tələblər:
– Azərbaycandakı universitetlərdə mühəndislik və informasiya texnologiyaları ilə əlaqəli sahələr üzrə təhsil alan bakalavr və magistratura tələbələri, həmçinin İT mütəxəssisi və ya sahibkar kimi fəaliyyət göstərən 20–30 yaş arası gənclər;
– “MIRAI” proqramının məqsədlərini başa düşən və onlayn hazırlıq proqramının başa çatmasından sonra, Yaponiyada olduğu müddətdə və Yaponiyadan qayıtdıqdan sonra sosial media, nəşrlər və digər müxtəlif kommunikasiya vasitələri ilə Yaponiyanın cəlbedici tərəfləri haqqında məlumat paylaşa bilən şəxslər. Paylaşılan materiallar və əldə olunan nəticələr Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə bölüşülməlidir;
– İngilis dilində sərbəst müzakirə apara bilən şəxslər;
– yüksək akademik göstəricilərə malik şəxslər.
Qeyd: Yaponiyada 6 ay və ya daha çox müddət yaşamış şəxslər, həmçinin daha əvvəl “MIRAI” proqramı və ya Yaponiya hökumətinin digər təqaüd proqramları çərçivəsində Yaponiyaya səfər etmiş şəxslər müraciət edə bilməzlər.
Müraciətlə bağlı ətraflı məlumat üçün Müraciət Təlimatına nəzər salın.
3. Müraciət qaydası
Proqramda iştirak etmək istəyən şəxslər əvvəlcə Müraciət Təlimatını nəzərdən keçirməli, daha sonra həmin saytda yerləşdirilmiş xüsusi müraciət forması vasitəsilə müraciət etməlidirlər.
“Müraciət forması” ilə bağlı texniki və ya digər problemlər yarandığı təqdirdə, birbaşa proqramın təşkilatçılarına email vasitəsilə müraciət etməyiniz xahiş olunur.
E-poçt: mirai@jtb.com (Yapon və ya ingilis dilində)
※ Müraciət formasında müraciət üçün tələb olunan məlumatlar, motivasiya məktubu və digər məlumatlar da vardır.
※ Müraciət forması vasitəsilə Xarici İşlər Nazirliyinin tələb etdiyi sənədləri, o cümlədən pasportun surətini, akademik transkripti, razılıq sənədi və digər sənədləri yükləmək mümkündür.
4. Təqvim
| Tarix | Proses |
|---|---|
| 31 avqust, 2026-cı il | Müraciət üçün son tarix və seçimlərin başlaması |
| 14 oktyabr, 2026-cı il | Təşkilatçı qurum tərəfindən müraciət edənlərə seçim nəticələrinin bildirilməsi |
| Noyabr, 2026-cı il | Onlayn hazırlıq proqramı |
| Dekabr, 2026-cı il | Yaponiyaya səfər |
Müraciətlərinizi səbirsizliklə gözləyirik!
