Səfir Vatanabe Katsuyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-də görüşü
2026/9/17
10 sentyabr tarixində səfir Vatanabe Katsuya Azərbaycanın dəmir yolu sistemi ilə tanış olmaq məqsədiylə ölkəyə səfər edən Keihin Kyuko dəmiryolu şirkətinin prezidenti cənab Kavamata Yukihiro ilə birlikdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini cənab Rəhman Hümmətovla görüşmüşdür. Görüş zamanı Azərbaycanda həyata keçirilən ictimai nəqliyyat sahəsində islahatlar, son illərdə əhəmiyyəti artan nəqliyyat və logistika sektorunun inkişafı barədə məlumat verilmiş, Yaponiya dəmir yolu şirkətləri ilə qarşılıqlı əlaqələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, Keihin Kyuko şirkəti daşınmaz əmlak, istirahət və əyləncə, kommersiya obyektləri və digər fəaliyyət sahələri vasitəsilə şirkətin xidmət göstərdiyi ərazilərin və marşrutlar boyunca yerləşən bölgələrin dəyərinin artırılmasına yönəlmiş təşəbbüsləri barədə məlumat vermişdir.
Bundan əlavə, 11 sentyabr tarixində səfir Vatanabe Katsuya cənab Kavamata Yukihiro ilə birlikdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri cənab Rövşən Rüstəmovla görüşmüşdür. Görüş zamanı Azərbaycan dəmir yollarında qatarların hərəkətinin təşkili, təhlükəsizliyin idarə olunması, dəmir yolu xətlərinə texniki xidmət, bilet və turniket sistemlərinin rəqəmsallaşdırılması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, Yaponiya dəmir yolu şirkətləri ilə texniki sahədə məlumat mübadiləsi, eləcə də sahə üzrə mütəxəssislər arasında qarşılıqlı əlaqə və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır. Həmçinin, dəmir yolu nəqliyyatının təhlükəsizliyinin və rahatlığının daha da artırılması istiqamətində hər iki tərəfin həyata keçirdiyi tədbirlər barədə məlumat verilmiş, gələcəkdə dəmir yolu sahəsində əlaqələrin davam etdirilməsinin, qarşılıqlı anlaşmanın daha da dərinləşdirilməsinin vacibliyi bildirilmişdir.
Görüşdən sonra səfir Vatanabe Katsuya və cənab Kavamata Yukihiro Bakı Mərkəzi Dəmiryol Vağzalında müasir turniket sisteminə, bu yaxınlarda hərəkəti bərpa edilmiş beynəlxalq qatarın (Bakı–Tbilisi xətti) vaqonuna, habelə Türkiyəyə qatarların hərəkətinin təmin edilməsi üçün tətbiqi nəzərdə tutulan dəyişən dəmir yolu eni sisteminə (bu sistem vaqonun təkər arabacığını çıxarmadan təkərlər arasındakı məsafəni dəyişməyə imkan verir və Azərbaycanda istifadə olunan 1520 mm-lik dəmir yolu enindən Türkiyədə istifadə olunan 1435 mm-lik standart dəmir yolu eninə keçidi təmin edir) baxış keçirmişlər.