Səfir Katsuya Vatanabenin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi cənab Muxtar Babayevlə görüşü

2026/10/1
   30 sentyabr tarixində Səfir Katsuya Vatanabe Azərbaycandakı vəzifə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi cənab Muxtar Babayev ilə vida görüşü keçirmişdir.
   Görüş zamanı cənab Muxtar Babayevin Yaponiya kuratorluğu, Yaponiya–Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri olduğu zamanda uzun illər ərzində Yaponiya–Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələri, habelə COP29-un sədri kimi mühüm nəticələrin əldə olunmasında göstərdiyi səylər xatırlanmışdır. Bununla yanaşı, Azərbaycan xam neftinin Yaponiyaya tədarükü və Azərbaycanda çəkilişləri aparılmış Yaponiyanın televiziya serialının yayımlanması kimi iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsi barədə fikir mübadiləsi aparılmışdır. Cənab Muxtar Babayev Yaponiya ilə uzun illər davam edən əməkdaşlığa və əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək, gələcəkdə də Yaponiya–Azərbaycan münasibətlərinin inkişafına töhfə verməyə və bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd etmişdir.
image
image